"Əjdaha evi" izlənmə rekordu qırdı

"Əjdaha evi" izlənmə rekordu qırdı
11 iyul 2024
# 13:42

Game of Thrones serialının davamı olan Əjdaha Evinin son bölümü izlənmə rekordu qırıb.

Kulis.az xəbər verir ki, serialın dördüncü bölümündə Əjdaha Evinin bu günə qədərki ən böyük əjdaha döyüşü baş verib. Serial ABŞ-da 8,1 milyon izləyicini ovsunlayıb və yeni mövsümün izlənmə rekordunu qırıb.

Serialda Matt Smith, Olivia Cooke, Emma D'Arcy, Eve Best, Steve Toussaint, Fabien Frankel, Ewan Mitchell, Tom Glynn-Carney, Sonoya Mizuno və Rhys Ifans kimi aktyorlar çəkilib. George RR Martinin kitabından uyğunlaşdırılan serial "Taxt Oyunları"nın hadisələrindən 200 il əvvəl baş verir və Tarqaryen Evinin hekayəsindən bəhs edir.

# 972 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #