Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq
9 aprel 2024
# 09:30

"Rejissorların film çəkilişi zamanı qarşılaşdıqları ən böyük problemlərdən biri məkanla bağlı icazədir. Çünki çəkiliş məkanı ilə bağlı icazəni, sadəcə, vahid bir qurumdan almaq mümkün deyil. Bu problem film istehsalını gecikdirdiyinə, kinematoqrafçıların yaradıcılığına mane olduğuna görə sözügedən problemin aradan qaldırılması üçün elektronlaşdırılması təklif olunub..."

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Kino Agentliyinin şöbə müdiri Murad Şükürlü Real FM-in “Cinema Radio” verilişində deyib.

Şöbə müdiri bu problemin gələn il həll olunacağını bildirib.

# 1428 dəfə oxunub

Müəllifin son yazıları

# # #