Milli teatrşünaslıq məktəbinin banisi, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Cəfər Cəfərovun (1914-1973) “Azərbaycan teatrı” monoqrafiyası latın qrafikası ilə nəşr olunub.
Kulis.az xəbər verir ki, Azərbaycan peşəkar teatrının yüzillik tarixinin (1873-1973) müfəssəl elmi mənzərəsini yaradan monoqrafiya milli teatrşünaslığın inkişafında mühüm rol oynayıb. İlk dəfə 1974-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən çap edilən kitab o vaxtdan tədqiqatçıların bu mövzuda ən çox istinad etdiyi mənbə olub.
Kitabın latın qrafikası ilə yenidən nəşrinin məsul redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.
Kitab Azərbaycan peşəkar teatrının 150 illik yubileyi münasibətilə nəşr olunub.
“Azərbaycan teatrı” monoqrafiyası nəşr olunub
17 mart 2023
16:30
1378 dəfə oxunub