Aqşin Evrən: “Güllənin üstünə yazılmış hekayə”-Ən qısa hekayə

Aqşin Evrən: “Güllənin üstünə yazılmış hekayə”-Ən qısa hekayə
19 dekabr 2013
# 11:00

Kulis.az Aqşin Evrənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Güllənin üstünə yazılmış hekayə” (328 işarə) hekayəsini təqdim edir.

Güllələr fasiləsiz olaraq qapını döyürdü. O, əyninə qırmızı xalatını geyinib bayıra çıxdı:

- Eviniz yıxılsın. Kəsin də bu zəhrimarı. Baş-qulağımız getdi axı.

Atəş səsləri kəsildi. İki nəfər əli silahlı gəlib ərinin başını, onun isə qulağını kəsib apardı. Beş dəqiqədən sonra o, ərinin başsız bədənini qucağına sıxıb xısıldayırdı:

- Baş-qulağımız getdi... Başımız, qulağımız getdi.

# 1790 dəfə oxunub

Müəllifin son yazıları

# # #