Vaqif Səmədoğlu: "Sevgilim, mən öləndə..." ŞEİR

Vaqif Səmədoğlu: "Sevgilim, mən öləndə..." <span style="color:red;">ŞEİR
28 yanvar 2015
# 12:16

Kulis.Az Xalq şairi Vaqif Səmədoğlunun "Sevgilim, mən öləndə" şeirini Xalq artisti Fuad Poladovun ifasında təqdim edir.

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

# 20605 dəfə oxunub

Müəllifin son yazıları

# # #