Dincə qoyun köhnə qafiyələri... - Haykular

Dincə qoyun köhnə qafiyələri... - Haykular
13 iyun 2019
# 14:24

Kulis.az Nazim Əlioğlunun haykularını təqdim edir.

Meh qovub bürkünü,

Ötür qurbağaların xoru -

Yovşan ətirli axşam

***

Ayrılır ərlə arvad-

Ağlayır bir cüt körpə.

Ürəyi yaşarır övladsız hakimin.

***

Sevilməmiş qadının

Təsbehidir xatirələri.

Çevirər hər gün...

***

Gölə daş atdılar,

Qırıldı mahnısı qurbağaların,

Suya döndü göz yaşları...

***

Yetişmiş narı,

Dərmədilər vaxtında.

Narın bağrı çatladı...

***

Gözü ayağının altını seçmədi-

Bilmədi ki, dünyada qarışqa da var.

Məzarını tapdaladı qarışqalar!

***

Şair dostlar!

Dincə qoyun köhnə qafiyələri.

Şeirləriniz yorulan torpaq kimidir...

# 2451 dəfə oxunub

Müəllifin son yazıları

# # #