Gənc yazarlar təşkilat yaratdı -“Yumruq”

Gənc yazarlar təşkilat yaratdı -“Yumruq”
1 sentyabr 2015
# 16:05

Bir qrup gənc yazar yeni təşkilat yaradıb. Təşkilatın üzvü Nicat Həşimzadənin Kulisə verdiyi məlumata görə yeni təşkilat “Yumruq” adlanır.

Nicat Həşimzadə deyir ki, birliyin məqsədi ciddi ədəbiyyat yaratmaq, insanlara kitabı sevdirmək və ədəbiyyatdakı saxta adamları sıradan çıxarmaqdır: “Təşkilatın rəhbəri İlkin Tomardır. Öncə 13 nəfər birləşdik, hazırda 19 nəfərik. Maddi problemlər olduğuna görə tək-tək kitab çap etdirə bilmədik. Birləşib “30+1” adlı şeir və hekayələrdən ibarət bir kitab çıxardıq. Bu kitabın satışından əldə elədiyimiz məbləğlə növbəti kitabı çap etmək istəyirik.”

Gənc yazar daha sonra əlavə edib ki, məqsədləri yumruq kimi möhkəm olmaqdır: “Azərbaycanda ədəbiyyatın bütün orqanları var idi, bir yumruq çatmırdı. Bütləri yalnız “Yumruq” qıra bilərdi. Yalnız sağlam düşüncəli, enerjili gənclərdən ibarət “Yumruq”. İnsanları real hadisələrdən yayındırıb başlarını gül-bülbül, aşiq-məşuq oyunları ilə aldadanlara qarşı mübarizə aparırıq.”

# 985 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #