Gənc yazara zənciyə ərə getmək qadağası

Gənc yazara zənciyə ərə getmək qadağası
29 oktyabr 2013
# 12:06

Kulis.Az Məmməd Aslanın gənc yazar Sahilə İbrahimovaya həsr etdiyi şeiri təqdim edir.

Bir çılğın gözələ

Adəmlə başlayıb bəşərin ilki:

O ruh çəkər bizi öncüyə, qafil.

İnci öz qədrini hardan bilsin ki?!

Haqq səni bənzədib inciyə, qafil.

“Nizam ki: qurğunun, mülkün əsası!”

Nizam pozuldusa, zordu qisası!..

Hoqqabaz kimsələr Allaha asi,

Qıyma kərən basa, künc əyə, qafil!

Yüzü qarşı gələr; biri ər olsun!

Sənə sahib olsun, bəxtəvər olsun!

“Ağatlı gələnlər” niyə xər olsun?!

Nədən sevənlərin inciyə, qafil?!

Uğruna çıxana bozarma belə;

Əvvəl damcı düşər, sonra sel gələ...

Qismət inad şirdir,düşmə əngələ:

Dayanmazsan pəncə-pəncəyə, qafil.

Sən kamil sərraf ol: bu dünya—sərgin!

Üzülmə, gözündən qaçmasın mürgün!

İnşallah, qarşında görərsən bir gün:

Hər nə layiqdirsə qönçəyə, qafil!

Hər quşun öz yemi, hər kəsin bəxti:

Bu belə dövrandı, bu belə çərxdi...

Kim bilər hayanda qurulub təxti?!

Ha boylan Təbrizə, Gəncəyə, qafil!

Tale bir hakim ki: hökmü qətidir!

Qılıncdan kəskindir, tükdən itidir!

Gözəllik də xalqın öz sərvətidir:

Kimdi verən səni zənciyə, qafil!?

Bakı

23 may, 2013

# 2314 dəfə oxunub

Müəllifin son yazıları

# # #