Kamal Abdullanın ən məşhur şeiri

Kamal Abdullanın ən məşhur şeiri
26 may 2019
# 12:03

Kulis.az “Bazar oxusu” layihəsindən Kamal Abdullanın “Unutmağa kimsə yox” şeuirini təqdim edir. Xatırladaq ki, Kamal müəllim sonralar bu adda roman da yazıb.

Mənə deyən gərək nə olub axı,

Nə çabalayırsan, söylə, nə xəbər.

Sən çətin tapasan axtardığını,

Sən axtardığını itirməyiblər.

Nələr arzuladıq, nələr qazandıq,

Hələ nələri də itirəcəyik.

Yollara sarılıb biz də uzandıq,

Hara gəlib çatdıq belə tələsik?

De mənə, varmıydın, ya bəlkə yoxdun?

De mənə, yuxudu bəlkə bu dünya?

Bu bulaq suyunda sənmiydin axdın?

Bu bulud apardı səni haraya?

Vaxt gəlir, hər şeyin yetişir sonu,

Bu nəydi qurtardı, yox oldu, getdi?

Bu da bir həyatdı, oynadıq onu,

Bu da bir oyundu, yaşadıq, bitdi.

Yollar getdi üzü dağa,

Yoxuşlar enişlərdən çox.

Kimsə yox xatırlamağa,

Unutmağa da kimsə yox.

# 6547 dəfə oxunub

Müəllifin son yazıları

# # #