Məşhur qadın yazıçı vəfat etdi

Məşhur qadın yazıçı vəfat etdi
16 iyul 2017
# 15:36

Anjelika haqqında tarixi romanlar seriyasının müəllifi, fransız yazıçı Ann Qolan dünyasını dəyişdi.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, məşhur yazıçının 95 yaşı vardı.

Yazıçının ölümü haqqında qızı mətbuata açıqlama verib.

Anjelika haqqında seriya romanı Qolan əri ilə bir yerdə yazıb. Bu seriya roman 13 kitabdan ibarətdir. 1950-ci illərdə çap olunan kitab bir anda bütün Avropada populyarlaşdı. 1960-cı və eləcə də 2013-cü illərdə kitab ekranlaşdırılıb.

# 1049 dəfə oxunub

Müəllifin son yazıları

# # #