Jalə Mütəllimova: Qatilə məktub-Ən qısa hekayə

Jalə Mütəllimova: Qatilə məktub-Ən qısa hekayə
16 dekabr 2013
# 10:51

Kulis.az Jalə Mütəllimovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qatilə məktub” (417 işarə) hekayəsini təqdim edir.

Eşidib qayıdırsan. Sənə məktubu var: "Hər kəsin idim, kimsən yox idi! Elə özün də heç kim idin səni tanıyanda. Sonra kimsə oldun. Amma heç nəyim olmadın. Yüz dəfə soruşdum:

Ayrılaqmı? Dost qalaqmı? Sevgili olaqmı? Nə deyirsən o olaq!

Amma bizə aid qərar ver!

Gözlədim. Sonra içimdə sənə görə yaşayanlar öldü. Qardaşın, bacın, anan, atan da olmuşdum. Bir övladın öldü sonra. Qadının da yarımcan qaldı. Sən isə qatil kimi axtarışdasan. Cəzanı kəsim istəyir indi ədalət".

Hörmətlə, ölümdən dönən.

# 4199 dəfə oxunub

Müəllifin son yazıları

# # #