Ədəbiyyat üzrə Nobel bu yazıçıya verildi - BİOQRAFİYA

Ədəbiyyat üzrə Nobel bu yazıçıya verildi - <span style="color:red;">BİOQRAFİYA
5 oktyabr 2017
# 14:56

Bu gün 2017-ci il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb. Kulis.azın məlumatına görə Ədəbiyyat üzrə Nobel mükafatının sahibi yapon əsilli Britaniya yazıçısı Kazuo İşiqurodur.

O, Nobel mükafatına “böyük emosional güclə yazılmış romanlarında bizim dünya ilə əlaqəmizin illüzor hissiyyat altında yatmış dərinliklərini üzə çıxartdığına görə” layiq görülüb.

Kazuo İşiquro Yaponiyanın Naqasaki şəhərində, okeanoqraf ailəsində doğulub. 1960-cı ildə İşiquronun ailəsi İngiltərənin Qilford şəhərinə emiqrasiya edib. Burada Kazuonun atası Milli Okeanoqrafiya İnstitutunda işləyir. Kazuo burada Surrey qrammatika gimnaziyasında oxuyur. Məktəbi bitirdikdən sonra o, bir illik akademik məzuniyyət götürüb ABŞ və Kanadaya səyahətə çıxır. O musiqiçi olmağı arzulayır, amma bu sahədə uğur qazana bilmir.

1974-cü ildə Kazuo Kent Universitetinə daxil olur. 1978-ci ildə ingilis dili və ədəbiyyatı üzrə bakalavr diplomu alır.

1982-ci ildə İşiquro Britaniya vətəndaşlığı alır.

İşiquro caz müğənnisi Stesysi Kentin albomlarındakı bir çox mahnıların sözlərinin həmmüəlifidir.

Kazuonun ədəbi fəaliyyəti 1981-ci ildə çap etdirdiyi 3 hekayə ilə başlayır. 1983-cü ildə ilk romanından sonra “Ən yaxşı britaniyalı gənc yazıçı” nominasiyasında mükafatlandırılır. Eyni mükafatı 1993-cü ildə qazanır. İkinci romanı ”Qarışıq dünyanın sənətçisi” Böyük Britaniyada ilin kitabı olur. Roman Matsui adlı rəssamın hərbçi keçmişindən bəhs olunur və yaponların İkinci Dünya müharibəsinə münasibəti araşdırılır.

İşiquronun üçüncü romanı “Günün qalanı” 1989-cu ildə çap olunur. İngilis zadəganının həyatından bəhs edir. Bu monoloq-xatirələrin fonunda ənənələrin öləziməsi, dünya müharibəsinin yaxınlaşması, faşizmin yüksəlişi təqdim olunur. Roman Buker mükafatına təqdim olunur. Münsiflər yekdilliklə romana səs verir. Tənqidçilər onu ingiliscə yazan bir əcnəbi kimi Cozef Konrad və Vladimir Nabokovla müqayisə edirlər. “Günün qalığı” romanına Entoni Hopkins və Emma Tompsonun baş roldakı iştirakı ilə film çəkilir.

1995-ci ildə üslubca daha mürəkkəb romanı “Təsəlllisizlər” dərc olunur. Əvvəlki romanlarda hadisələr bəlli keçmişdə baş verirdisə, bu romanda hadisələr adı bəlli olmayan mərkəzi Avropa ölkəsində və bu günlərdə baş verir. 2000-ci ildə yazdığı “Biz yetim olanda” romanısa Şanxayda, XX əsirin ilk yarısında baş verir. Burada İşiquro keçmişə qapılmaq kimi sevimli üsuluna qayıdır.

İşiquro televiziya üçün iki orijinal filmin müəllifidir.

2005-ci ildə yazdığı “Məni əsla tərk etmə” romanı əsasında film də çəkilib.

Kral Ədəbiyyat Cəmiyyətinin üzvüdür.

Onun əsərləri dünyanın 30 dilinə çevrilib.

Kazuo İşiquro arvadı Lornel Makdual və qızı ilə birgə Londonda yaşayır.

Xatırladaq ki, Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək.

Mükafatın məbləği 1 milyon dollardır.

# 1549 dəfə oxunub

Müəllifin son yazıları

# # #