Markesin səhvi

Markesin səhvi
25 may 2015
# 12:26

Kubalı şair Eberto Padilla 1971-ci ildə arvadı, şairə Belkis Kusa Male ilə birlikdə həbs olunur. Səbəb Fidel Kastro rejiminə müxalif olmaları idi. Bu həbs ictimaiyyət arasında geniş rezonans doğurur.

Padilla 1932-ci ildə anadan olmuşdu. “Cəsur qızıl güllər” adlı ilk şeirlər kitabı 1949-cu ildə çap olunmuşdu. Qəribə burasındadır ki, jurnalistika ilə məşğul olan Padilla ilk illər Kuba inqilabının alovlu dəstəkçilərindən idi. O, Kuba Yazıçılar İttifaqının həmtəsisçilərindən idi.

Amma 1966-cı ildən başlayaraq Padillanın düşüncəsində dəyişiklik baş verir. 1968-ci ildən başlayaraq isə Kastroya qarşı açıq müxalifətçilik etməyə başlayır. Əvvəlcə ev həbsinə məhkum olsa da şair 1971-ci ildə həyat yoldaşı ilə şairə Belkis Kusa Male ilə həbsxanaya atılır.

Qadın hamilə idi, həbsxanadaca doğur. Bu da hadisənin daha geniş miqyasda yayılmasına, dramatikləşməsinə təkan verir. Olay bütün dünyaya səs salır. Tezliklə bütün dünyada Kastro əleyhdarları hücuma keçirlər. Kastronu bu əməlinə görə tənqid edirlər. Təəccüblüdür ki, Padillaya azadlıq tələb edənlər arasında təkcə Fidel Kastronun düşmənləri deyil, dostları, onunla eyni ideologiyanı daşıyanlar da vardı.

Bu hadisədən sarsılan Mario Varqas Lyosa, Jan Pol Sart, Xulio Kortasar, Oktavio Pas, Karlos Fuentes və başqaları Kastroya etiraz olaraq bəyannamə qəbul edib imza atırlar. 54 nəfərin imzaladığı sənədin altında tək bircə adamın imzası olmadı. Latın Amerika yazarlarından bircə o bu etiraza qoşulmadı. Həmin yazar Qabriel Qarsiya Markes idi. O, şair həmkarının həbsdən azad olunmasına dəstək olmamışdı. Səbəb isə çox sadə idi. Qabo Fidellə dost idi. Sonralar “Patriarxın payızı” kimi diktatura əleyhinə roman yazan Markes Fidellə dostluğunu ömrünün sonuna qədər kəsmədi.

# 1775 dəfə oxunub

Müəllifin son yazıları

# # #