Tanınmış gürcü şairi, tərcüməçi Zezva Medulaşvili vəfat edib.
Kulis.azın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, şair 79 yaşında dünyasını dəyişib.
Zezva Medulaşvili 1939-cu ildə Gürcüstanda anadan olub. Fars dili və ədəbiyyatı üzrə təhsil alıb. Müstəqil şəkildə Azərbaycan dilini öyrənib.
- Məşhur rus aktyor vəfat etdi
- Rejissor Şamil Əliyev: [b]“Dahi kinematoqrafçılardan təsirlənmişəm”[/b] - MÜSAHİBƏ
- Etibarsız təhkiyəçi: Kazuo İşiquro - ESSE
Onun Azərbaycan ədəbiyyatı ilə sıx əlaqələri olub. Klassik ədəbiyyatımızdan İ.Nəsimini,M.P.Vaqifi, A.Ələsgər və "Koroğlu" qəhrəmanlıq dastanımızı, bayatılarımızı, XX əsr ədəbiyyatımızın təmsilçilərindən bir çoxlarının S.Vurğun, S. Rüstəm, M.Araz, İ.İsmayılzadə, N.Həsanzadə, İ.Məlikzadə, A. Abdulla, V. Nəsib və eləcə də gənc nəsillərin xeyli nümayəndəsini gürcü dilinə çevirmişdir.