Məşhur sirk ustası ilə görüş keçirilib

Məşhur sirk ustası ilə görüş keçirilib
15 fevral 2024
# 09:29

Azərbaycan və Rusiya xalqlarının Dostluq Klubu çərçivəsində sirk “Oskar”ı almış ilk azərbaycanlı, 50-dən çox sirk proqramının təşkilatçısı Allahverdi İsrafilov ilə görüş keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, tədbir Bakıdakı Rus evi ilə birgə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.

Qeyd edək ki, Allahverdi İsrafilov, həmçinin Bakı Dövlət Sirkinin yaxın vaxtda tamaşaçılar üçün hazırladığı maraqlı proqramlardan bəhs edib.

# 694 dəfə oxunub

Müəllifin son yazıları

# # #