"Belə hekayələrin yazılmasına ehtiyac var" - Müzakirə

"Belə hekayələrin yazılmasına ehtiyac var" - Müzakirə
22 aprel 2025
# 12:00

Kulis.az Nahid Hacıyevin "Labroides" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Üç dövrə - Xəyyam Rəfilinin yeni hekayəsi

Xəyyam Rəfili:

"Səhv etmirəmsə, ilk dəfədir “kapitalist hekayə” oxuyuram. Bəlkə, əvvəl də oxuduqlarım olub, amma başlığında belə bir vurğu olmayıb. Kapitalist sözünü görəndə, ilk ağıla gələnlər yaşamaq (daha doğrusu, yaxşı yaşamaq) uğrunda gedən amansız yarış və insanların, sadəcə, pul qazanmaq üçün bir-birilərini üstələmək ehtirası gəldiyindən, hekayəni də o ovqatla oxumağa başladım. Hekayənin dili və üslubu mövzusuna uyğundur. Dediyim kimi, klassik üslubda yazılmış mətn oxuyacağımı düşünmürdüm. Təhkiyyənin mövzu ilə ahəngi uğurlu alınıb. Qəribə bir şəkildə demək olar hər abzasda keçmişə dönüş var. Elə ilk abzasda bunları oxuyuruq:

"Sosial şəbəkələrin trendinə düşdüyümü “MKT”nin əli süpürgəli işçisi xəbər etdi. Dediyinə görə, öncə oxşadıb, diqqətlə baxdıqda sonra əmin olub. Son iki saat ərzində telefonuma gələn onlarla zəngin, vatsap mesajların səbəbini həmin an anladım. İki saat geridən xəbər verməklə davam edir..."

İkinci abzasda deyilir: "Qısa ətəkli qadının “Tələsirəm” yerişi ilə qara maşına əyləşdiyi kimi – 366 gündür əyləşir. Bir il keçmişə qayıdır."

Növbəti geridönmələr də maraqlıdır: "366 gündür küçələri süpürərkən “Bir gün hər şey gözəl olacaq” ümidi ilə topladığı enerji içkilərinin metal qablarını əzişdirir. / 366 gündür yolüstü gözləri kəsdirdiyi tək-tük adama yaxınlaşıb cənnətlərinə dəvət edir, şəkillər göstərib, hekayələr danışırlar. / 366 gündür səbət sayını türmədə keçən günlərini qeyd edən məhkum çarəsizliyi ilə dükanının divarlarına qeyd edir. Və sairə."

Ən son cümlədə belə (Mənə qədər qırx nəfərə deyibmiş.) keçmişdən xəbər var. Bütün bu geridönmələr ətrafımızda baş verənlərin bumeranq kimi hərlənib-fırlanıb bizim də olmasa, bir başqasının başına gələcəyinə işarədir. Bu gün sən trenddəsən, sabah o biri olacaq, birigün də başqası. Bu səbəbdən də vitrinlərdəki cərgəsi pozulmuş məhsullar nəfəsimi daraldır. Hər şey artıq çox sıxıcı gəlməyə başlayır, nəticədə Labroides başqasının dişində qalan qırıntılar ilə dolanmaqdansa, sonu nə olursa olsun, beləcə, uçmağı hər şeydən üstün tutduğuna sevinir...

Hekayədə rəqəmlərin çoxluğu da diqqətimi çəkdi. Ümid edirəm ki, bu qədər say, ədəd, və rəqəmin hekayədə qarşımıza çıxmasının da bir hikməti var. Nahid bəylə şəxsi tanışlığımızın olmadığından bu sualı burda açıq saxladım.

Verilən mesajların çoxluğu isə məni biraz yordu. Əsas mesajın nə olduğuna özümün qərar verməyə məcbur olduğumu hiss elədim. Bu da kapitalizmin bir təzahürüdür. Eyni məhsuldan on dənə təklif edib, özümüzə seçdirirlər. Biz də elə bilirik seçim azadlığımız əlimizdədi.

Nahid bəyə onsuz da uğurlu olan yaradıcılığında bundan sonra da uğurlar diləyirəm".

Yazıçı Mirmehdi Ağaoğlunu tanıyaq

Mirmehdi Ağaoğlu:

"Hekayələrin əksəriyyətinin bir-birinə oxşadığı bu zəmanədə Nahid öz eksperimentləri ilə ədəbi mühitə fərqlilik qatır. Onun üçün də Nahidin eksperimentləri həmişə mənə maraqlıdır. Eksperimentləri isə ilk dəfədən qəbul etmək həmişə çətindir.

Lakin bir məsələ də var ki, eksperimentə çox can atanda da janrın sərhədlərini aşır, başqa bir şeyə çevrilir. Məncə, Nahid hekayələrə bir qədər "şirinlik" qatsa, oxunaqlılığı çoxalar".

Divanın altı - Samirə Əşrəfin yeni hekayəsi

Samirə Əşrəf:

"Hekayə heç nə ilə məni özünə cəlb etmədi. Bəlkə, mən başa düşmədim, mətndə nə baş verdiyini. Bilmirəm. Hekayənin oxucu kimi mənə heç bir təsir gücü yoxdur. Başa düşmədim ki, orada nə baş verir".

Məhkəməsiz - Alpay Azərin yeni hekayəsi

Alpay Azər:

"Nahidin bir çox hekayələrini oxumuşam. Onda realist hekayələr də alınır, bu cür postmodern üslubda yazılan mətnlər də. Maraqlı, eksperimental hekayədir, necə deyərlər, yeni dövrün reallıqlarının, çağırışlarının əks olunduğu mətn. Bəlkə, rastıma çıxmayıb, bizdə belə hekayələr məncə yoxdur, ya da çox azdır. Bir sözlə, belə hekayələrin yazılmasına ehtiyac var".

Biz xilas olmağa çalışmalıyıq! - Sevinc Elsevər

Sevinc Elsevər:

"Labroidesin hekayəti xoşuma gəldi. Nihad bəyin hekayəsi də yaxşı idi. Amma Labroidesin hekayətinin yanında elə bil sönük qaldı. O əhvalat yadımda qalacaq".

# 310 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #