Ana doğuş zamanı öldü, körpəni qatil bildilər

Ana doğuş zamanı öldü, körpəni qatil bildilər
22 iyun 2013
# 05:00

Anar Sadıllı

Ümidin göz yaşları...

Qaranlıq bir gecə, evlərdə işıqlar sönmüşdü Yalnız bir evin pəncərəsindən yola işıq düşürdü. Bu evin sakinləri bir oğlan övladı gözləyirdi. İlk övladları olduğu üçün, səbirsizliklə uşağın yolunu gözləyirdilər. Deyəsən elə həmin an gəlmişdir, ananın sancıları başlayıb.

Evdə hamı bir-birinə dəyirdi, axı gözlərinin ümidi gəlir. Adını da qoymuşdu anası, bu adı qız vaxtından arzulamışdır və hamıya deyirdi oğlum olsa adını Ümid qoyacam. Ananın gözləri gülürdü, amma sancısı bu gülüşü hərdən üzündən alırdı və həyat yoldaşına səslənirdı tez gedək xəstaxanıya.

Tez qonşuda olan taksi şoferini çağırdılar. Çatdırdılar ananı doğum evinə. Atası doğum evinin qarşısında pərişan halda gəzirdi, hərdən sevinirdi övladı olacaq, amma içində nəsə qorxu varıydı. Doğum evinin əsas girişindən qapı açıldı, bir həkim gülə-gülə ailəyə xoş xəbər verdi oğlunuz olub. Sevincli ailə bu xəbərə çox şad oldular və ana da, uşaq da yaxşı olmağını söyləyəndən sonra həkim , dedi ki, artıq rahat gedin evinizə və hamı evə getdi.

Bəzən həyat eyni anda bizlərə həm sevinc, həm də kədər verir. Ümidgilin ailəsi bu gecə onları nə gözlədiyindən xəbərsizdilər. Gecə səhərə qədər ana dua edir balası üçün, onu Rəbbindən əxlaqlı, imanlı, xoşbəxt bir övlad olmağını istəyirdi, amma fələk öz işində idi. Gecə ananın halı pisləşdi, onu qan aparırdı özünün də xəbəri yoxuydu.

Özünü buz tər içində gördü və tez həkimləri səslədı. Həkimlər gələnə qədər ana öz halından xəbərdar oldu, artıq qan ürəyinə çatırdı. Həkimlərin səyinə baxmayaraq heç bir xeyri yoxuydu. Ana son arzusunu dilə gətirdi, gətirin Ümidimi ona son vəsiyyətimi edim.

Ümid bir nuruydu, bir parça uşaq insana yaşamaq gücü verirdi, amma ana son nəfəsində balasına nəsihət verdi. Ananın göz yaşları Ümidin dodaqlarına düşürdü. İlk ana südü əvəzinə Ümid anasının göz yaşlarını dadırdı. Ananın sözləri bütün həkimləri hönkür ağladırdı. Ana başladı zəif səslə, titrəyən dodaqlarına, heç qan qalmamışdı. Amma özünü toplayıb son sözünü deyə bildi...

“Ümidim bu sənə son toxunuşumdu, bu sənə son nəfəsimin istisidir. Dinlə oğul, adını Ümid qoydum, amma böyüyəndə dostların yetim deyəcək, analığın anasına oxşamış deyəcək, qonşular yazıq uşaq deyəcək, qohumlar başına sığal çəkib bədbəxt deyəcək, atan bunlardan xəbərsiz olacaq, amma unutma bir Rəbbin səni qoruyacaq. Oğul anan şəhid olur, oğul qəlbimin bir parçası məni yalnız şəkillərdə xatırlayasan.”

Ana son sözünü deyib əllərini səmaya tutdu və Rəbbinə dua etdi: “Səndən gəlib sənə dönürük. Yetimlərin sahibi sənsən, bu yetimi də qoru.”

Elə bil Ümid bunları hiss etdi və körpə də ağlamağa başladı. Səhər tezdən qara xəbər ailəyə çatdı, pərişan ailə xəstəxananın qabağına yığışdı, dünən deyib gülən ailə bu gün göz yaşları ilə, yeni ağ gəlinik geymiş gəlini, ağ kəfənə bükməyə apardılar. Ümid qalmışdı ortalıqda, nə ata yaxın dururdu, nə də qohumlar.

Anasının ən yaxın rəfiqəsi varıydı, bu ailənin iki övladı varıydı. Rəfiqəsi Ümidi ortalıqda görəndə qəlbi dözmür bu balaca körpəni analıq edir. Öz ailəsində böyüməyən Ümid, yeni ailədə istəklə, sevgi ilə böyüyürdü. Atası və qohumlar Ümidi günahkar bilirdilər anasının ölümündə. Ona görə heç kəs o balaca ümüdsüz körpəyə baxmırdı.

Bu gün müasir dövrdə yaşayan insan yenə də insanlığa yaraşmayan hərəkətlər edirlər. Bir parça uşağı qatil bilib, onu öz ümidinə buraxmaq heç də insanlığa yaraşmayan bir hərəkətdi.

Yaşadığımız bu cəmiyyətdə belə hallara tez-tez rast gəlinir və təəssüf ki, bunu edən körpənin valideynləri olur. Bu gün Ümidin başına gələn hər bir körpənin başına gələ bilər...

# 2141 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #