Heç kəs inanmırdı
(gələcəyin şeiri)
Heç kəs inanmırdı
Nə atam, nə anam,
nə kürək-kürəyə verib savaşdığım dostlar
heç kəs...
Bircə sən inanırdın mənim şair olacağıma,
misralarda yox olacağıma,
üç rəngli bayrağım kimi ,
o yoxluğun içində yenidən ucalacağıma.
Heç kəs inanmırdı,
bir sən inanırdın, bir də mən.
Gecəmizi gündüzümüzə qatdıq,
Oturub ölümü gözlədik fəqət qaçmadıq.
Arımız yad bağçadan gəldi diyə o şanını,
o balı nemətimizə qatmadıq.
Hamı bizə ağılsız xəyalpərəst söylədi,
Yalnız biz inanırdıq vətənin azad,
mənimsə şair olacağımağıma
Yalnız biz.
Axı Şəhriyar, Məmməd Araz
elə belə keçməmişdi ki,
İllərdə elə belə keçə.
Səhv salma, şair,
bənzəməz onlar günlərini yaşayan heçə.
Vətənimizin bütün
mənimsə şair olmağım üçün
arzularımızı qurban etdik sevə-sevə.
Heç kəs inanmırdı
Nə atam, nə anam,
nə kürək-kürəyə verib savaşdığım dostlar
heç kəs...