“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir
9 avqust 2025
# 11:30

Tanınmış rejissor Zak Kreggerin 2025-ci ildə nümayiş olunan "Weapons" filmi qorxu janrında böyük maraq doğurub.

Kulis.az xəbər verir ki, filmdə Maybrook adlı qəsəbədə 17 uşaq gecə saat 02:17-də yataqlarından çıxaraq izsiz şəkildə yoxa çıxır.

Hadisənin ardınca qəsəbədə paranoya və xaos baş qaldırır, şübhələr isə uşaqların müəllimi Castin Qandi üzərində cəmlənir.

Rejissor "Barbarian" filmindən sonra bu dəfə daha çoxlaylı və psixoloji yönümlü bir hekayə təqdim edir.

Hər bölüm fərqli personajın baxış bucağından nəql olunur və bu struktur gərginliyi addım-addım artırır.

"Weapons" həm narrativ quruluşu, həm də atmosferi ilə Twin Peaks və Prisoners kimi filmləri xatırladır.

Qeyd edək ki, film tənqidçilər tərəfindən artıq ilin ən qorxulu və təsirli ekran əsərlərindən biri kimi qiymətləndirilir.

# 1966 dəfə oxunub

Oxşar xəbərlər

“Harri Potter” serialının premyera tarixi açıqlandı – Təfərrüatlar

“Harri Potter” serialının premyera tarixi açıqlandı – Təfərrüatlar

12:20 2 sentyabr 2026
"Netflix"dən Metyu Perri haqqında yeni sənədli film

"Netflix"dən Metyu Perri haqqında yeni sənədli film

11:20 2 sentyabr 2026
İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək

İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək

13:45 1 sentyabr 2026
Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

11:50 1 sentyabr 2026
Mel Gibson buna görə üzr istədi

Mel Gibson buna görə üzr istədi

11:00 1 sentyabr 2026
Kinoyazar.az saytının fəaliyyəti  dayandırıldı

Kinoyazar.az saytının fəaliyyəti dayandırıldı

21:48 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər