"Şərikli çörək" bədii filmi bərpa olundu

"Şərikli çörək"  bədii filmi bərpa olundu
13 yanvar 2025
# 10:09

"Şərikli çörək" bədii filmi bərpa olunub.

Kulis.az xəbər verir ki, ANS Şirkətlər Qrupunun BALANS Rəqəmsal Bərpa Studiyası “Şərikli Çörək” bədii filminin bərpasına 6 ay vaxt sərf edib və üzərində 17 peşəkar əməkdaş çalışıb. Filmin vizual bərpası zamanı bütün Toz, Küy, İşartı, Cızıq və Stabilləşdirmə 114 280 kadrda təmizlənib və 2 830 kadr yenidən bərpa olunub. Eyni zamanda filmin səsləri də tam şəkildə bərpa olunub və 1800 səs BALANS foli studiyasında yenidən yazılıb.

Bu, studiyanın bərpa etdiyi 11-ci filmdir. Bundan əvvəl Tofiq Tağızadənin "Mateo Falkone", Həsən Seyidbəylinin "Nəsimi", "Bizim Cəbiş Müəllim", Eldar Quliyevin "Bir Cənub Şəhərində", Oqtay Mirqasımovun "Şeytan Göz Qabağında", Ağarza Quliyevin "Ulduz", Rasim Ocaqovun "Ölsəm... Bağışla" və s. kimi ekran əsərləri bərpa olunmuşdu.

Qeyd edək ki, “Şərikli Çörək” filminin tam bərpa olunmuş versiyası 16 Yanvar 2025-ci il, saat 19:00-da Nizami Kino Mərkəzində nümayiş olunacaq.

# 3648 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Kinematoqrafçılar İttifaqının iclasından DANIŞAN FOTOLAR

Azərbaycan Kinematoqrafçılar İttifaqının iclasından DANIŞAN FOTOLAR

18:00 29 avqust 2026
Ridli Skottun yeni  "The Dog Stars"  filmi  - Kino tənqidçiləri nə deyir?

Ridli Skottun yeni "The Dog Stars" filmi - Kino tənqidçiləri nə deyir?

12:30 29 avqust 2026
Azərbaycan kinosunda absurd tragikomediyanın banisi - Vaqif Mustafayevin 5 məşhur filmi

Azərbaycan kinosunda absurd tragikomediyanın banisi - Vaqif Mustafayevin 5 məşhur filmi

15:00 28 avqust 2026
Tanınmış aktyor “Harry Potter”in heyətinə daxil edildi

Tanınmış aktyor “Harry Potter”in heyətinə daxil edildi

11:40 26 avqust 2026
"Betmen"ə yeni nəfəs verən rejissor - Tim Börtonun 5 unudulmaz  filmi

"Betmen"ə yeni nəfəs verən rejissor - Tim Börtonun 5 unudulmaz filmi

18:00 25 avqust 2026
Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

Bred Pitt yeni layihədə - Məşhur rejissorlarla

12:50 24 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər