Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film
24 aprel 2024
# 17:00

Kulis.az romanların motivləri əsasında çəkilmiş səkkiz ən yaxşı filmi təqdim edir.



“Şouşenkdən qaçış”

Stiven Kinqin eyniadlı romanı əsasında çəkilən filmin ssenari müəllifi və rejissoru Frenk Darabontdur. Film “Şouşenk” həbsxanasında günahsız yerə 20 il məhkumluq həyatı yaşayan bankir Endi Dyufreynin həyatından bəhs edir. Məzmununa və reallığı dolğun şəkildə əks etdirdiyinə görə tənqidçilər tərəfindən müsbət qiymətləndirilib. Bütün dövrlərin ən yaxşı filmlərindən hesab olunur.


“Xaç atası”

Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş eyniadlı romanı əsasında Frensis Ford Koppolanın lentə aldığı film bütün zamanların 250 ən yaxşı film siyahısına daxil edilib. 1945-1955-ci illər arasında olan hadisələri işıqlandıran film Amerikada məskunlaşan Sicilya ailəsinin həyatından bəhs edir.



“Şindlerin siyahısı”

Tomas Kennilin “Şindlerin qövsü” romanı əsasında çəkilmiş filmin rejissoru Stiven Spilberqdir. Ekran əsəri Oskar Şindler adlı iş adamının İkinci Dünya Müharibəsi zamanı mindən çox Polşa yəhudisini öz fabrikində işə alaraq Holokostdan xilas etməsindən bəhs edir. Film 7 nominasiya üzrə Oskar mükafatına layiq görülüb.

“Döyüşçü klubu”

Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin lentə aldığı triller Hollivudun ən uğurlu ekran əsərlərindən hesab olunur. Filmin baş qəhrəmanı olan otuz yaşlı Edvard Norton avtomobil şirkətində çalışır və işi ilə bağlı tez-tez ezamiyyətlərə çıxmalı olur. Onun yeknəsəq həyatı döyüş klubu ilə tanışlıqdan sonra tamamilə dəyişir.


“Üzüklərin hökmdarı”
Con Ronald Ruel Tolkinin İkinci Dünya Müharibəsi dövründə qələmə aldığı roman 2002-ci ildə Piter Cekson tərəfindən ekranlaşdırılıb. Filmdə üç hekayətdən bəhs olunur. Froda və Sam üzüyü məhv etmək üçün Mordora yollanarkən onun əvvəlki sahibi Qollumla rastlaşırlar. Film 1 milyard dollar gəlir əldə edib.



“Qu quşu yuvası üzərindən uçuş”
Ken Kizinin eyniadlı romanı əsasında Miloş Formanın lentə aldığı ekran işi Amerika Film İnstitutunun “100 ən yaxşı film” siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı film 5 Oskar mükafatı qazanıb.
Ruhi xəstələrin həyatından bəhs etdiyi üçün film, demək olar, bütünlüklə Oreqon ştatındakı xəstəxanada lentə alınıb. Ekran əsəri özünü ruhi xəstə kimi qələmə verən məhkumdan bəhs edir.


“Tanrıların şəhəri”
Paulo Linsin eyniadlı romanı əsasında Fernando Meirelles və Katia Lundun lentə aldığı film 1960-cı illərdə bir məhəllədə yaşayan uşaqların ağır həyatından bəhs edir.


“Quzuların səssizliyi”

Tomas Harrisin eyniadlı romanı əsasında Conatan Demmin ekranlaşdırdığı film 5 nominasiya üzrə Oskar mükafatına layiq görülüb. Naməlum qatil qadınları öldürür və onların dərisini soyur. Federal Təhlükəsizlik Bürosunun əməkdaşları qatili zərərsizləşdirmək üçün kömək məqsədilə keçmiş psixiatr və manyak Hannibal Lektora müraciət etməli olurlar.

# 3875 dəfə oxunub

Oxşar xəbərlər

Fələstin haqqında film  tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

Fələstin haqqında film tarixi yaddaş uğrunda mübarizəyə çevrildi

13:30 13 oktyabr 2026
İlon Mask  haqqında sənədli film ətrafında qalmaqal

İlon Mask haqqında sənədli film ətrafında qalmaqal

12:30 13 oktyabr 2026
Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

11:01 13 oktyabr 2026
Özge Gürel:  "Bu işə başlayarkən çox qorxurdum"

Özge Gürel: "Bu işə başlayarkən çox qorxurdum"

10:26 13 oktyabr 2026
Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

10:09 13 oktyabr 2026
"Uşaqlara qarşı ən qorxunc günah..." –  Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

"Uşaqlara qarşı ən qorxunc günah..." – Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

14:07 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər