Kino festivalları və fondları haqqında məlumat kitabçası hazırlanır

Kino festivalları və fondları haqqında məlumat kitabçası hazırlanır
20 may 2024
# 09:28

Azərbaycan Kinematoqrafçılar İttifaqının sifarişi ilə “Rollerbird” şirkəti kino festivalları və fondları haqqında məlumat kitabçası hazırlayacaq.

Kulis.az xəbər verir ki, layihə üzərində yazar Əfsanə Yusif və kinorejissor Türkan Hüseyn çalışacaqlar. Layihənin ideya müəllifi Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Əli İsa Cabbarovdur.

Kitabçaya, filmin layihəsinin inkişaf mərhələsindən başlayaraq, pre-prodakşn, prodakşn və post-prodakşn mərhələrinin izahı, hansı vorkşoplara qoşulmaq, loqlayn, sinopsis, triment və prodüser şərhinin necə yazılması, büdcənin tutulması, maliyyə planının yazılması, hansı festivallara müraciət etmək, distribusiyanın izahı və s. daxildir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sifarişilə ərsəyə gələcək bu kitabçanın məqsədi gənc kinematoqrafçılara kino istehsalatının bütün mərhələlərinin qısa yolu ilə tanış etməkdir.

Qeyd edək ki, kitabça 2024-cü ilin sentyabr ayında oxuculara təqdim olunacaq.

# 2263 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər