IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının juri heyəti

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının juri heyəti
4 sentyabr 2023
# 16:42

Kulis.az IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının builki juri heyətini təqdim edir:

1. Atanur Nəbiyeva
Atanur Nəbiyeva Avropada yaşayan sənədli film rejissorudur. 2019-cu ildə İstanbul Universitetində, Radio, Televiziya və Kino üzrə bakalavr təhsilini başa vurub.

Atanur xüsusilə sosial və antropoloji problemlər, adət- ənənələr və onların insanların taleyinə təsiri ilə maraqlanır. 2022-ci ildə DocNomads Beynəlxalq Sənədli Film Rejissorluğu üzrə magistratura proqramını bitirib. Filmləri müxtəlif beynəlxalq festivallarda nümayiş etdirilib.

2. Ketevan Vaşaqaşvili
Ketevan Vaşaqaşvili Tbilisidə yaşayan sənədli film rejissorudur. O, Sussex Universitetində (Böyük Britaniya) Rəqəmsal Sənədli Film üzrə magistr dərəcəsinə sahib Chevening məzunudur. Onun əsas maraq dairəsi sosialoji təfəkkür və insan hüquqları məsələləridir. Ketevan müxtəlif Gürcüstan telekanalları və onlayn platformaları üçün sənədli televiziya filmləri, teleseriallar, proqramların rejissorluğu və istehsalı üzrə 13 illik təcrübəyə malikdir. Ketevan hazırda Gürcüstanın ictimai televiziyasında işləyir və müstəqil olaraq Gürcüstanda yerləşən 1991 Productions prodüserlik şirkəti ilə birgə "9 Aylıq Müqavilə" adlı sənədli filmini hazırlayır.

3. Ülviyyə Babasoy
10 illik pedaqoji təcrübəyə malik Ülviyyə Babasoy 2011-ci ildən gənclərin və qadınların səlahiyyətlərinin artırılması ilə məşğuldur. Onun rəhbərliyi altında yeddi təşəbbüs layihəsi qadınların və gənclərin yerli idarəçilikdə qərarların qəbul edilməsində iştirak imkanlarının artırılmasına yönəldilib. O, öz icmasında qadınların səlahiyyətlərinin artırılması üçün hüquqi yardım, məsləhət və təlim kimi xidmətlər göstərən Bərdə Qadın Klubunu təsis edib. Klub məişət zorakılığından sağ çıxanlara kömək etmək, eləcə də bölgədəki bütün qadınları gücləndirmək məqsədi daşıyır. Ülviyyə Babasoy Chevening təqaüdçüsüdür və York Universitetində Dövlət İdarəçiliyi və İctimai Siyasət üzrə magistr dərəcəsinə sahibdir.

4. Şarofat Arabova
Şarofat Arabova Tacikistanın Düşənbə şəhərində yaşayan kinorejissor və kinoakademikdir. Rusiya-Tacikistan (Slavyan) Universitetinin mədəniyyətşünaslıq fakültəsini (2006) və Pune şəhərindəki Hindistan Kino və Televiziya İnstitutunun kinorejissorluq ixtisasını (2013) bitirib. Busan Asiya Film Akademiyasının və Berlinale Talents-in məzunudur. Tacik kinosunun müxtəlif aspektlərini araşdıran Elmlər namizədidir. O, Tacikistan Kinematoqrafçılar Assosiasiyasının və Asiya Kino Təbliğat Şəbəkəsinin (NETPAC) üzvüdür. Şarofat Arabova Bişkek, Moskva, Bucheon, Dəkkə, Kazan, Perm, Kolkata, Banqalor, Toronto, Vesul, Katmandu şəhərlərində beynəlxalq münsiflər heyətində fəaliyyət göstərib.

5. Rəna Əfəndi
Rəna Əfəndi mükafatlı sənədli fotoqraf və “Boru xəyalları: Boru Kəməri Boyu Həyatların Salnaməsi” və “Maye Torpaq” adlı iki monoqrafiyanın müəllifidir. Onun fotoşəkilləri insan ruhunun qüdrətini xəfif ehtivası, dərin empatiya hissi ilə xarakterizə olunur. O, Prince Claus Fund mükafatının laureatıdır. Fotoqrafiya və Davamlılıq üzrə prestijli Prix Pictet mükafatının qısa siyahısına daxil edilmişdir. Fotoqraf Davosda keçirilən Dünya İqtisadi Forumunda iki dəfə çıxış edib və Forumun Mədəni Liderlik şəbəkəsinin üzvüdür. Əfəndinin əsərləri Viktoriya və Albert Muzeyi, Saatchi Qalereyası, İstanbul Modern, Venesiya Biennali və NYC MOMA kimi çoxsaylı məkanlarda nümayiş edilib. Rəna Əfəndi National Geographic Magazine və Monocle jurnalları ilə mütəmadi əməkdaşlıq edir. Onun həmçinin The New Yorker, Time, New York Times Magazine, The Sunday Times və bir çox başqa qəzetlərlə əməkdaşlığı mövcuddur.

6. Rebeka Aleksandra Reyni
Becs Rainey Londonda yaşayan prodüser və təşkilatçıdır. O, dünyanın hər yerindən qadınları, trans və qeyri-binar kinorejissorları təşviq edən platforma, icma və istehsal şirkəti olan “Qızlar filmdə” platformasının (Böyük Britaniya) prezidentidir. Platformanın London, Yohannesburq, Oklend, Nyu-York, Praqa və Amsterdam kimi şəhərlərdə filialları mövcuddur.

# 2660 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissorun filmi Almaniyada qadağan olundu

Məşhur rejissorun filmi Almaniyada qadağan olundu

16:30 16 iyun 2026
"Kişilər nə danışır?"  filminin aktrisası vəfat etdi

"Kişilər nə danışır?" filminin aktrisası vəfat etdi

15:30 16 iyun 2026
“Mənim evim” film layihəsi  beynəlxalq proqramda iştirak etdi

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak etdi

12:40 16 iyun 2026
Kevin Speysidən "Oskar" açıqlaması: "Mükafatın siyasiləşməsi fikri ilə razı deyiləm"

Kevin Speysidən "Oskar" açıqlaması: "Mükafatın siyasiləşməsi fikri ilə razı deyiləm"

12:00 16 iyun 2026
Rassel Krou "Qladiator 2"dən danışdı: "Hekayənin əxlaqi mərkəzini darmadağın ediblər"

Rassel Krou "Qladiator 2"dən danışdı: "Hekayənin əxlaqi mərkəzini darmadağın ediblər"

11:20 16 iyun 2026
Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

14:00 15 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər