“İşığa doğru” sənədli filminin çəkilişləri başa çatıb

“İşığa doğru” sənədli filminin çəkilişləri başa çatıb
31 iyul 2024
# 16:03

“OB FILM” və “KİNOBİZ” şirkətləri tərəfindən birgə istehsal olunan “İşığa doğru” sənədli filminin çəkilişləri başa çatıb.

Kulis.az xəbər verir ki, müşahidə və subyektiv kamera üsullarından istifadə edilməklə ərsəyə gətirilən və iki paralel süjet xətti üzərində qurulan filmdə hadisələr Qarabağda işğaldan azad olunmuş ərazidə cərəyan edir.

Torpaqlar azad olunub, ancaq müharibənin insanların həyatında buraxdığı dərin izlər və yaralar hələ də qalır, ağrılar davam edir. Film Qarabağda 30 il əvvəl itirdiklərini axtaran qəhrəmanların hekayəsidir.

Real hadisələr əsasında çəkilən filmin ssenari müəllifi və rejissoru Elşad Ərşadoğlu, təsvir rejissoru Vasif Vəlizadə, səs rejissoru Hafiz İbrahimli, montaj rejissoru Murad Şükürlu, prodüserləri Ramil Ələkbərov və Orxan Behbiddir.

Ərşad Əliyev, Rəsul Kamal və Elşad Ərşadoğlunun iştirak etdiyi filmin hazırda post-prodakşn işləri davam etdirilir.

# 2023 dəfə oxunub

Oxşar xəbərlər

"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Cudi Dençdən etiraf:  daha filmlərdə çəkilə bilməyəcək

Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

10:01 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər