Filminin nümayişi niyə təxirə salınıb? - Nazirliyə müraciət

Filminin nümayişi niyə təxirə salınıb? - Nazirliyə müraciət
21 fevral 2025
# 12:15

Tuncelinin Ovacıq kəndində çəkilmiş və baş rolunu ustad aktyor İlyas Salmanın canlandırdığı "OYuna geldik" filminin rejissoru Kazım Öz müraciət etdiyi vaxtdan 45 gün keçsə də, Mədəniyyət və Turizm Nazirliyinin hələ də filmin nümayişinə icazə vermədiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, bu icazə sənədi olmadan film kinoteatrlarda nümayiş etdirilə bilməz.

Rejissor həm nazirlik rəsmilərinə, həm də kinoteatr sahiblərinə çağırış edib.

Filmin nümayiş tarixi məcburi şəkildə təxirə salınıb

Filmin ssenarisi Ovacıq bələdiyyəsinin başçısı Mustafa Sarıgül tərəfindən yazılıb, rejissoru isə "Elif Ana" (Elif ana), "Bir Kar Tanesinin Ömrü" (Bir qar dənəsinin ömrü) və "Zer" (Zər) kimi mükafatlı filmlərin rejissoru Kazım Özdür. "OYuna geldik" filminin kinoteatrlarda nümayişi məcburi şəkildə bir həftə sonraya təxirə salınıb.

Kazım Özün sözlərinə görə, filmin nümayiş tarixindən 45 gün əvvəl icazə sənədi üçün müraciət edilsə də, sənədin hazır olmadığı barədə nümayiş vaxtına bir gün qalmış xəbər verilib. Nazirlik rəsmiləri ilə keçirilən görüşdən sonra məlum olub ki, sənəd yalnız bir həftə sonra keçiriləcək Ali Şuranın toplantısından sonra verilə bilər.

Kazım Öz dəstək üçün kinoteatr sahiblərinə, kino adamlarına müraciət edib.

Filmin gəlirinin böyük bir hissəsi Ovacıqdan keçən Munzur çayının təmizliyinə, heyvanların qorunmasına xərclənəcək.

Filmin mövzusu

Hakim partiyanın namizədi Hıdır Diri bütün rəqiblərini məğlub edərək, nəhayət, bələdiyyə sədri seçilir. Lakin yeni başçını rent mübarizəsi (əmək sərf etmədən əldə olunan qazanc), sağ partiyaların tələbləri və vədlərlə aldadılmış xalqın etirazları gözləyir.

Filmdə seçkilərdən bir neçə gün əvvəl həbsdən çıxan Şilan adlı gənc qadının avtostopla maşınına mindiyi bir rejissorun gözü ilə Türkiyədəki bələdiyyə idarəetməsi, korrupsiya və bir xalqın necə “OYuna gəldiyi” satirik dillə təsvir edilir.

# 2686 dəfə oxunub

Oxşar xəbərlər

320 tonluq gəmini dağın başına çıxaran adam - Kino tarixinin inanılmaz hekayəsi

320 tonluq gəmini dağın başına çıxaran adam - Kino tarixinin inanılmaz hekayəsi

15:00 16 oktyabr 2026
Dünya kinosunda sınmaz iradənin simvolu - Tim Robbinsin 5 məşhur rolu

Dünya kinosunda sınmaz iradənin simvolu - Tim Robbinsin 5 məşhur rolu

13:30 16 oktyabr 2026
"Netflix"  məzmun siyasətinə rəhbərlik edən şəxsi dəyişir

"Netflix" məzmun siyasətinə rəhbərlik edən şəxsi dəyişir

12:30 16 oktyabr 2026
Al Paçino  SAG-AFTRA-nın ömürboyu nailiyyət  mükafatına layiq görüləcək

Al Paçino SAG-AFTRA-nın ömürboyu nailiyyət mükafatına layiq görüləcək

11:40 16 oktyabr 2026
Kristian Munqunun yeni filmi Norveç və Rumıniyada ciddi mübahisələr doğurdu

Kristian Munqunun yeni filmi Norveç və Rumıniyada ciddi mübahisələr doğurdu

11:00 16 oktyabr 2026
Kazuo İşiquronun məşhur romanı əsasında film çəkildi

Kazuo İşiquronun məşhur romanı əsasında film çəkildi

10:40 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər