Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı

Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı
4 sentyabr 2026
# 10:20

Amerikalı aktyor Denni DeVito baş rollarında özü və Arnold Şvartseneggerin çəkildiyi kult komediya filmi olan "Əkizlər"in (Twins) davamının çəkilməsindən imtina edilməsinin səbəbini açıqlayıb.

Kulis.az xəbər verir ki, 81 yaşlı sənətçinin sözlərindən "Entertainment Weekly" nəşri sitat gətirib.

Aktyorun sözlərinə görə, "Əkizlər 2" layihəsi 2022-ci ildə rejissor Ayvan Raytmanın vəfatı səbəbindən dayandırılıb. "Üçəmlər" (Triplets) adlı bu layihə 1988-ci ildə ekranlara çıxan "Əkizlər" komediyasının davamı olmalı, DeVito ilə Şvartseneggeri yenidən bir araya gətirməli və onlara üçüncü qardaşı "əlavə etməli" idi. Həmin rolu qaradərili sənətçi Treysi Morqan canlandırmalı idi.

"Ayvan bu film üzərində işləməkdən böyük zövq alırdı. O, ssenarini yazırdı, sonra isə dünyasını dəyişdi, Allah rəhmət eləsin. Düşünürəm ki, layihə Raytman ailəsinə məxsusdur və onlar artıq bununla məşğul olmaq istəmirlər", – deyə o bildirib.

Buna baxmayaraq, 81 yaşlı DeVito hələ də ekranda Şvartseneggerlə yenidən bir araya gələcəyinə ümid edir.

"Biz hər ikimiz fürsət axtarırıq və artıq qərara çox yaxınıq. "Warner Bros." bizi birgə çəkməkdə maraqlıdır. Bizim mütləq üçəm olmağımız şərt deyil. Mən istərdim ki, yeni layihədə bir az mübahisə edək, əylənək", – deyə aktyor qeyd edib.

Denni DeVito kimdir?

Denni DeVito (Danny DeVito; tam adı Daniel Maykl DeVito; 17 noyabr 1944-cü ildə anadan olub) — amerikalı aktyor, komediyaçı, kinorejissor və prodüserdir. O, qısaboylu xarici görünüşü, özünəməxsus səs tembri və yüksək xarizması ilə Hollivudun ən yaddaqalan simalarından birinə çevrilib. Karyerasında "Taksi" (Taxi) teleserialı ilə sıçrayış edən aktyor, daha sonra "Əkizlər" (Twins), "Betmen qayıdır" (Batman Returns - Pinqvin rolu), "Matilda" (özü rejissorluq edib) və "Filadelfiyada həmişə günəşlidir" (It's Always Sunny in Philadelphia) kimi populyar layihələrdə unudulmaz obrazlar yaradıb. O həmçinin "Pulp Fiction", "Gattaca" və "Erin Brockovich" kimi filmlərin prodüseri olaraq kamera arxasında da böyük uğurlara imza atıb.

# 443 dəfə oxunub

Oxşar xəbərlər

"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

17:00 6 oktyabr 2026
Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

13:30 6 oktyabr 2026
Dünyanı xilas etmək istəyən valideynlər öz uşaqlarını niyə unutdular? - 9 yaşlı qızın gözündən kommunizm

Dünyanı xilas etmək istəyən valideynlər öz uşaqlarını niyə unutdular? - 9 yaşlı qızın gözündən kommunizm

12:00 6 oktyabr 2026
Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

12:00 2 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər