6 ayda 20 film nümayiş olunub - Hesabat

6 ayda 20 film nümayiş olunub - Hesabat
22 iyul 2024
# 13:28

Hər həftə bu kinoteatrlarda yeni filmlər nümayişə çıxarılır. Bu filmlərdən daha çox tamaşaçı baxışı toplayanlar növbəti həftələrdə də baxış sayını artırmaqla kinoteatr həyatını davam etdirirlər. Tamaşaçı sayı az olan filmlər is təbii rəqabətə tab gətirməyərək daha erkən nümayişdən çəkilir.

Kulis.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayında ölkə kinoteatlarında ümumilikdə 20 yerli film nümayiş olunub. Bu filmlərin böyük əksəriyyəti komediya janrında olsa da, xüsusilə qorxu, idman, melodram və triller janrında olan filmlərin artması da görülməkdədir. Bu dövrdə ən uzun müddət nümayişdə olan film “Hozu dayə”dir. Filmin nümayişi 2023-cü il noyabr ayının 1-dən başlasa da, hələ də kinoteatrlarda göstərilir.

Qeyd edək ki, 2023-cü ilin ümumi statistikasına müraciət etsək müqayisəli mənzərə göz önündə canlanar. Belə ki, keçən il Cinema Plus (Cinemastercard) kinoteatrlar şəbəkəsində 219 film göstərilib. Bu filmlərdən 14-ü yerli, 205-i isə xarici ölkələrin istehsalıdır.

Park Cinema kinoteatrlar şəbəkəsində isə 2023-cü il ərzində 213 film nümayiş olunub ki, bunlardan 29-u yerli, 184-ü xarici istehsaldır.

# 2401 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər