TIR şoferi, inşaat fəhləsi, rejissor, deputat
24 iyun 2011
14:00
Onu, sosialist edən nə idi? “Risale-i Nur” külliyyatını niyə xətm etdi? Bir insan həm İbrahim Tatlısəs, həm Behice Boran ola bilərmi? Həyata gözlərini ayın səkkizində açan Sırrı Süreyya Öndərin hekayəsi, qızının hansı sözüylə yenidən dəyişdi? “Beynəlmiləl” filminin ssenaristi və rejissor ortağı, “Radikal”ın istənmədən yola salınan yazarı Öndərin gözü indi Türkiyə Böyük Millət Məclisinə düşüb. Və bu dəfə taleyini dəyişdirməyə qərar verib.
Sizin də ssenariniz hazır idi və onu oynadınızmı? Yoxsa bəyənməyib, qaydaları yenidənmi təyin etdiniz? Bu xəbərin qəhrəmanı Sırrı Süreyya Öndər üçün hər ikisi də etibarlıdır. “Alın yazısı”nı sonuna qədər yaşadı. Amma elə bir an gəldi ki, “Dayan” dedi: əlinə qələmi, kağızı götürdü başladı yenidən yazmağa. Hekayənin sonumu?..
Gəlin birlikdə oxuyaq.
“Uşaq qismətiylə doğular” deyirlər ha, Sırrı də dünyaya elə gəldi. Qələmi güclü və mütaliəsi çox olan ata Ziya 1962-ci ildə bərbər şəyirdliyindən pulla başqalarına ərizələr yazan mirzə vəzifəsinə qədər qalxdı. Daha yaxşı pul qazanmağa başladı. Bu sıralar solçuluğa da meylləndi. “Kənd institutu” (ibtidai sinif müəllimi yetişdirən texnikum) məzunu, manisalı müəllim Hüseyn bəy zəhərləmişdi Ziyanın və bir dostunun beynini. Hətta Türkiyə İşçi Partiyasının Adıyaman vilayət başçısı da oldu. Behice Boranın (Türkiyə İşçi Partiyasının son başqanı, siyasətçi, alim və sosioloq) izinə düşmüşmüşdü yəni... Amma bura qədər sürdü Sırrının qisməti. 35 yaşındakı atası Ziya serrozdan vəfat etdəndə hələ səkkiz yaşı var idi.
Dörd qardaş və anası başsız qaldı. Məcburən babalarının evinə yerləşdilər. “Ev” – mətbəxi belə olmayan, tualeti çöldə olan bir otaqdan ibarət idi. Yeddi adam yeni həyata burada başladı. Onlara baxacaq, əli çörək tutacaq yeganə adam artıq uşaqlıqdan ayrılması lazım olan Sırrı idi.
1970-ci illərin Adıyamanında iki fotostudiya vardı. Biri əmioğlusu Mahmud Öndərin idi. Mahmud böyük qardaş kimi Sırrıni yanına ayaqçı götürür. Çay gətirir-aparır, döşəməni süpürdü. Qarşılığında 125 quruş həftəlik pul alırdı. Orta məktəbə gedəndə artıq studiya çəkilişini bacarırıdı. Hətta başqa yerlərə, toylara foto çəkməyə gedirdi. Orta məktəbin sonlarında fotoşəkillərin bərpası işinə başladı. İlk günlər, dediyinə görə, insanların üzünü balqabaq kimi etsə də, sonralar işığı, kölgəni, kadrı da öyrəndi. Günortaya qədər məktəbə gedir, sonra gecə yarısına qədər dükanda işləyirdi. Beləcə, liseyin ikinci sinfinə qədər davam etdi. Bu arada bağlama (sazın bir növü) çalmağa başladı. Bir tanışından həftəyə 25 quruş kreditlə köhnə saz aldı. Öz-özünə dınqılladırdı. Sonralar ud, cümbüş (uda bənzər simli musiqi aləti), bir az da skripka ifaçılığını öyrəndi.
“Heç bir sevgimi söyləyə bilmədim”
Sırrı artıq cavan idi. Bəs eşq, sevda yox idimi? “Harda, qardaş, o zamanların Adıyamanında?" deyib əvvəl masa üzərindəki qaba əlini salır, içindən bir ovuc badam götürüb, başlayır izah etməyə: “Hheç kim bir-birinə sevdiyini söyləyə bilməzdi. Aşiq olduğu qıza, dayanıb baxardı. Lakin gəlib 40 yolla əzilib büzülərək, sevgilisinin fotoşəkilini istəyərdilər. Heç bir pis niyyət də yox idi, fotoşəkili ələ keçirib, on illərcə portmanatında daşıyanlar, saxlayanlar tanıyıram. Amma ustam o fotoşəkillərin sahibləri tərəfindən bizə əmanət edildiyini o qədər təsirli izah etmişdi ki, ayıb olmasın, liseydə bir sevgilim vardı, onun fotoşəkilini belə özüm üçün götürə bilmədim. O lisey eşqim kimi, heç bir eşqimi də əyan bilmədim (gülür)”.
Artıq fotodan qazandığı pul ailəsini dolandırmağa yetmirdi. Bir təhər “Sıtma Savaş Mücadele Kurumu”na (malyariya xəstəliyi ilə mübarizə qurumu) müvəqqəti işçi olaraq girdi. Adıyamanda düyü əkilirdi, bataqlıqlar da vardı. İlk günlər belində 42 kilo ağırlığındakı pulverizator ilə oraları dərmanladı. O vaxtlar öz çəkisi çox olsa, 40 kilo olardı. Sonra müayinə işi ilə məşğul oldu. Barmaqdan iki damla qan alırdı. Biri laboratoriya üçün idi, digərində xəstənin adı və kəndi yazılırdı ki, qarışmasın. Bir də müalicə işçisi oldu həmin təşkilatda. Xəstələrə 14 gün davam edən müalicə tətbiq olunurdu. “Hər gün gedir, dərmanları adama içirir, sonra uddumu deyə ağızını açdırir və baxardıq. Müayinələri yaz aylarında edirdik. Kəndli fikirləşirdi ki, bunlar qışda gəlməzlər, xəstələnsəm, onda ataram: ona görə də, dərmanı udmuş kimi edər, dərhal çıxarar bir parçaya büküb saxlayardı. Ona görə də ağızlarına qədər yoxlayırdıq”, - deyə izah edir işini.
Bir müddət sonra təşkilata inqilabçı sendika (həmkarlar təşkilatı) girdi. Təbii ki, Sırrı ön cərgələrdə oldu. Amma 1977-ci ildə Ecevit hökumətinin yerinə Milliyyətçi Cəbhə hökuməti gəlincə, işdən çıxarıldı. Sendika sayəsində, o zamana qədər ən çox pulu bu təşkilatda qazandı. Müəllim əmisi 600 lirə alırdı, onun maaşı isə 1.100 lirə idi. Amma beş ay sonra işsiz idi.
Sosializmdə nurçuluq
Bu dəfə kirvəsi əlindən tutdu, Sırrı Süreyyanın. Birlikdə təkər təmirxanası açdılar. Dairəvi yoldakı bir parkın kənarında, üstü metalla bərkidilmiş dam idi əslində. Bir külüng, bir çəkiclə şin təmirini də öyrəndi, yük maşını şoferliyini də. Sonra… “qarşıla məni Ankara”. Artıq universitetdə oxuyurdu – siyasi elmlərdə. Onsuz da iki seçim etmişdi. Hüquq və siyasət… Çünki ikisində də davamiyyət zəruri deyildi və işləyə bilərdi. O zamanlar universitet imtahanları asan idimi? Əlbəttə, xeyr! Amma Sırrının sirri dərsi dərsdə öyrənməsi idi. Ayrıca, bataqlıqları dərmanlayarkən də, kənd kənd gəzərkən də, təkər təmir edərkən də, hər fürsətdə, hər tapdığını oxuyurdu. Bu gün də elə. “Cihangir”dəki evinin yalnız iş otağı deyil, salonu da kitablarla, qəzet qalaqları ilə dolu idi.
Ankaraya siyasi infrastrukturu formalaşmış şəkildə gedirdi. İnqilabçı idi, hər aksiyada vardı. Orta məktəbin son günlərində anası, atasının kitablarını çıxarır, Sırrı də o kitabları oxuyur, atası kimi olmur. Eyni zamanda da “Risale-i Nur” (Səid Nursi) külliyyatını əzbərləyirdi. Çünki dayısı nurçu idi. Amma sosialist olmağa qərar verəcəkdi. “Niyə solu seçdiniz” sualına, daha bir siqaret yandırıb, dərin bir qullab vurduqdan sonra bellə cavabı verir:
“Risale-i Nur” məktəbi daha qədərçi bir quruluşdur. Həyatım və psixologiyam həyatı qədərə buraxmağa yol vermədi. “İnqilab, özü də dərhal” dedik. Bu qərarı, ilk həbsi, döyülməyi, işgəncəni lisey illərində dadmasına səbəb oldu. 1 May, 30 Mart (Mahir Çayanın öldürülməsi) kimi xüsusi günlərdə səhəri polis bölməsidə qarşıladı.
Ankarada Mülküyəyə (dövlət himayəsində olan işçi vətəndaşlar sinfi) üzv oldu. Cümhurriyyət yataqxanasında qalır, bir tərəfdən də iş axtarırdı. Bir tanışı inşaatda iş olduğunu dedidi. Gerisini ondan dinləyək: “Bir iş var, marley döşəmək” - dedi. “Marley nədir?” - dedim, izah etdi – tikintidə döşəməyə taxta əvəzi vurulan plastik bir şey. Usta, necə ediləcəyini göstərdi, başladım”. Məktəbdə, sol bir təşkilata da qatılmış, məhəllələrdə təbliğat aparır, divar yazıları yazırdı. Söylədiyinə görə, heç dava-dalaşa qatılmayıb. Amma 12 Sentyabr çevrilişi ilə polisin hədəfinə çevrildi. Dərhal, yerini yalnız bir dostunun bildiyi Altındağda bir gecəqonduya köçdü. Zərurət olmadıqda çölə çıxmırdı. Ağlına maraqlı bir fikir gəldi. Polisin onu axtarmayacağı tək yer pavyon idi. Müğənni Dilbər Ayın arxasında saz çalırdı. İllər sonra bu səhnəyə, rejissoru olduğu, hətta oynadığı “Beynəlmiləl” filmində yer verdi. Təşkilati təbliğat işlərinə də ara verməyib, hətta artırmışdı. Yazdığı məlumatlardan birini Ankaranın göbəyində “Banker Kastelli”nin (Cevher Özden) ofisinə asdı. Əlbəttə, xunta buna çox əsəbiləşəcəkdi. Belə bir mühitdə tutuldu.
Üstü “Ət-Balıq”, altı işgəngəxana
Əvvəl “Ankara Dal Qrupu”na, “Ət-Balıq” Təşkilatının altında, Təhlükəsizlik İdarəsinin yanındakı işgəncə mərkəzinə aparıldı. Burada hər günü işgəncəylə keçən 105 günün ardından Mamak hərbi həbsxanasına göndərildi. 12 il cəza verildi. Aclıq və üsyana qatılması, əmrə itaətsizlik etməsi səbəbindən 12 ilin hamısını həbsdə yatmalı idi.
Yaxşı, həbsxanada neyə üsyan edirdilər? “Hamımıza eyni cür paltar geydirmək istədilər. Biz də etiraz edib, yeddi gün davam edən aclıq tətili etdik. Rəhbərliklə anlaşdıq. Amma onlar buna əməl etmədilər. Bizi karsa atmağa, işgəncə verməyə başladılar. Bir fevral ayı idi, yenə aclıq aksiyasına başladıq. Yerdə 20-30 santim qalınlığında qar vardı. İlk 20 gün bizi lüm-lüt səhərə qədər çöldə saxlayıb, arada da gəlib döyüb, itləri üstümüzə buraxıb gedirdilər. Belə nəticə əldə edə bilməyəcəklərini anlayıb geri addım atdılar. Aksiya 42 gün davam etdi. 28-ci gün məni xəstəxanaya apardılar, orada da yeməkdən imtina etdik. Amma nəfsimizi qırmaq üçün əla yeməklər hazırlayıb önümüzə qoyurdular. Sağ göz qapağım digərinə görə daha aşağıdadır. Bu, həmin aksiyanın xatirəsidir”.
Sırrı Süreyya Öndər gözünün bu halına görə ancaq sol profildən şəkil çəkdirir. Seçki təbliğatı üçün hazırlanan posterlerdə də üzünü “sola” döndürdü.
Ağla “Bu nə inaddır, işgəncəyə baxmayaraq həbsxanada aksiyaları necə davam etdirə bilirdilər” sualı gəlir. Cavab bəlkə də hamımızın sahib olması lazım olan bir şeyə bağlıdır: “Haqlı olmanın inadı. Bundan daha böyük bir güc yoxdur”.
Bu dönəmlərdə Özal (Turqut) əfvi çıxdı. Qanuna görə, cəzası ağırlaşdırılanlar 10 ay nəzarət altında qalacaq, problem yaratmazlarsa, əfv olunacaqdılar. Beləcə, Sırrı Süreyya Öndər hərbi həbsxanadan vətəndaş həbsxanasına keçə biləcəkdi. Amma yenə maraqlı bir üsula əl atdı: “Tarixə düşməsi üçün hərbi məhkəməyə “Haqq axtarmaq təqibə çevrilmişdir. Buna görə cinayəti deyil, amma cəzanı qəbul edirəm” - deyə ərizə yazdım. Təbii ki, ərizə geri qaytarıldı. Göndərən, hər halda bir insan övladı idi. Bir qeyd yazmışdı; “Edamımı qəbul edirəm dediyinizdə cinayəti qəbul etmisiniz mənasını verməz” kimi nəsə bir şey. Mən də elə yazdım və cinayəti qəbul etdim. “Ulucanlar” həbsxanasına göndərildim. Hərbi həbsxanada dörd il qaldım. Cəza konkretləşən kimi “Ulucanlara” köçürüldüm. Oradan da Haymana həbsxanasına göndərildim, 11 ay sonra buraxıldım”.
“Yük maşını sürməklə ruhən istirahət etdirdim”
1987-ci ildə həbsxanadan çıxınan kimi ata yurduna getdi. İş yox, aş yox, üstəlik kimsə salam belə vermirdi. Bərbərlik edən qardaşı da əsgərə getmişdi deyə Öndər də istiqamətini İstanbula çevirdi. Sirkəçidə bir firmaya yük maşını şoferi olaraq işə düzəldi. Az qala bütün Anadolunu görmək fürsəti qazandı. “Ruhuma da xoş gəldi” dediyi bu iş il yarım il davam etdi. Öz yük maşınısını alıb işi bir də belə sınadı. Borc-xərc də götürdü. Nəticə, yenə bərbaddı. Vergi, xərc, icra, müsadirə… Baxdı ki, olacaq kimi deyil, qaçdı Türkiyədən Qazaxıstana, Adıyamanlı bir yoldaşının yanına. İnşaatlarda çalışdı. 90-ci illərin ortasında, həbsxana yoldaşlarından birinin tövsiyəsi ilə Ukraynaya getdi, ordan da Moskvaya. Həmişə inşaat işçisi oldu. Təxminən 3 il davam etdi qürbət. Ankaradan şagirdlik illərindən dostu jurnalist Tuncay Özkanın dəvəti ilə İstanbula dönüb, “Kanaltürk” binasının inşaatının başında dayandı. Özkan üçün “Çox vəfalıdır, həmişə qardaşlıq gördüm ondan” - deyir. Yük maşınıdan qalan borclara gəlincə, AKP hökumətinin çıxardığı vergi əfvindən faydalanmağı planlaşdırır.
“Məclis tətillərində film çəkərəm”
Bütün bu müddətdə oxumağa və yazmağa heç ara vermədi. İstanbulda bir gün Yılmaz Güneyin “Divar” filminə baxmağa getdi. Çıxanda gördüyü Barış Pirhasanın “Ssenari yazmaq istərsinizmi?” elanı həyatında yeni bir səhifə açdı. Dərhal Pirhasanın ofisinə getdi. Bir müddət sonra Pirhasandan Sırrı Süreyya Öndərə “Burada müəllimlik et” təklifi gəldi. Qəbul etdi. “Beynəlmiləl”in ssenarisini bitirdi. Atelyedə Atif Yılmaz ilə tanış oldu. Yılmaz həmin ərəfədə “Eğreti gelin” (“Saxta gəlin”) filmini çəkəcəkdi. Öndər ona ssenarisindən danışdı.
“Atif Yılmaz “Filmi sən çəksən istədiyin kimi bir şey olar. Bizim setə gəl, baxarsan, öyrənərsən. Bir adam 15 gündə ya rejissor olar, ya da heç bir şey ola bilməz” - dedi. Getdim, izlədim, dördüncü gün kor bağırsağım partladı, əməliyyat olundum”. Sonrası məlumdur, BKM “Beynəlmiləl”ə prodüser oldu. Öndər də ilk filmini Məhərrəm Gülməzlə birlikdə çəkdi. Ardından “Bu gün” və “Radikal” qəzetlərində köşə yazarlığı və millət vəkilliyinə namizədlik…
Sırrı Süreyya Öndərin tamamladığı dörd ssenari var. Biri Maraş qətliamını izah edir. Digəri Berlin divarına gecəqondu tikən bir yozgatlının hekayəsidir. Üçüncüsü, “Keban Barajı”nın tikintisinə başlayarkən edilən müsadirəni izah edir. Sonuncusu isə dövlət vaxtında bir kürd filmi çəkdirmiş, o hadisələri izah edən bir film ssenari idi. Yaxşı, bunları nə edəcək? Belə deyir: “Araya seçki düşdü, planlar alt-üst oldu. Bəlkə, Məclisin tətillərində çəkərəm. Ya da filmi güvəndiyim bir adama verərəm”.
Sırrı Süreyya Öndərin həyat hekayəsini dinləyincə ağla, 2008-ci ilin ABŞ-hind istehsalı olan “Zibillik milyonçuları” filmi gəlir. Film yaşananların adamı necə formalaşdırdığından bəhs edir. Öndərinki də elə. İçində olduğu mühit və şərtlər onu fotoqraf, təkər təmirçisi, yük maşını sürücüsü, inşaat işçisi, ssenarist, rejissor, aktyor və köşə yazarı etdi. İndi baxaq, ömrü boyunca bəxtini zorlayan adam, millət vəkili olub ölkəsinin bəxtinə də istiqamət verə biləcəkmi?
Sırrınin Sırrı nədir?
- Nə vaxt evləndiniz?
- Həyat yoldaşımla, 1991-ci ildə Şiledə, Adıyamanlı bir tanışımın bağında tanış olduq. Bir neçə ay içində də evləndik. Bir uşağımız oldu. Amma 4 il sonra ayrıldıq. Bu gün Bilgi Universiteti mədəniyyət rəhbərliyi fakültəsində oxuyan qızım Cerən (19), anası işlədiyinə görə ibtidai məktəbdən sonra mənimlə qaldı. Aramız çox yaxşıdır. Keçmiş həyat yoldaşımla da tez-tez görüşürük.
- Millət vəkilliyinə namizədliyiniz açıqlananda “Radikal” qəzetinin baş redaktoru Eyüp Can öz köşəsində “Sırrınin Sırrı” başlıqlı bir yazı yazdı. Qızınıza işarə etdi. Nədir o sirr?
- Qızıma, hələ qərarımı vermədən əvvəl, mənə millət vəkilliyi təklifi edildiyini izah etdim. Universiteti yarımçıq buraxmaq məcburiyyətində qalmağım Cerəni çox pərt etmişdi. “Onlar, səni həyatdan bu qədər uzaqlaşdırdılar, sən də get onların da içinə gir” - dedi. İstəyimi qisas kimi qəbul etdi. Belə danışdı, mən də namizəd olmağa qərar verdim. Amma bizim qisasla-zadla məşğul olacaq vaxtımız yoxdur.
- Hələ də qızınızla birgə yaşayırsınız?
- Universitetə qəbul olandan sonra “Get başımdan” dedim. Anasıyla birlikdədir indi.
- Niyə millət vəkili olmaq istəyirsiniz?
- Önümüzdəki dövrün Məclisi tarixi işlər edəcək. Kürd probleminin daimi, şərəfli bir sülhə çevrilmesi üçün konstitusiyanın maneə törədən maddələrindən yaxa qurtarmaq lazımdır. Sülhə çiyin vermək üçün millət vəkili olmaq istəyirəm.
- Niyə başqa bir partiya, ya da tamamilə müstəqil deyil də, “Əmək, Demokratiya və Azadlıq Bloku”ndan namizəd oldunuz?
- Çünki sosialistəm.
- Niyə məmləkətiniz Adıyamandan deyil, İstanbul II bölgədən millət vəkilliyinə namizədliyinizi irəli sürdünüz?
- Adıyaman namizədi, son iki seçkidir seçilən, bölgəni çox yaxşı bilən bir yoldaşımızdır. Mən Adıyamandan ayrılan haradasa 30 il oldu. 30 ildir də İstanbuldayam.
- Millət vəkili seçilsəniz, Məclisə rəng qatacağınızı söyləyənlər var…
- Kimsə məndən belə bir “piqmentlik” gözləməsin. Hesab edirəm, Məclisin çox quru bir yer olmasına işarə edirlər.
- Sırrı Süreyya Öndər bəzi millət vəkilləri kimi Məclisdə yumruq-yumruğa döyüşərmi?
- Hücum olmadıqda əsla!
- Ankarada çətin illər keçirdiniz. Millət vəkili olaraq döndüyünüzdə necə bir əhvalda olacaqsınız?
- Son çıxdığımda “Quş olsam, üzərindən uçmaram!” deyə başlayan yanıtmacı söyləməkdən son anda vaz keçdim.
- Yenidən evlənməyi düşünürsünüzmü?
- Xeyr, heç düşünməmişəm. “Ailə canlı” bir insan deyiləm, onu anladım.
- Artıq kifayət qədər pul qazanırsınızmı?
- Bu aydan o biri aya zorla çıxıram. Bütün ehtiyaclarımı da minimumun bir az üstündə tuturam. Daha yaxşı günlərim olmuşdu.
- Qəzetçiliyi sevdinizmi?
- Təzə-təzə sevməyə başlamışdım ki, bitdi.
- Üzünüzdə həmişə təbəssüm var. Ən çətin anları izah edərkən belə… Bunu nəyə borclusunuz?
- Bertold Brext “Məni gülümsətməyən hər şeyə gülüb keçərəm” demişdi…
Ən sevdikləri
Kitab: Evanqelinos Misailidisin “Temaşa-i Dünya ve Cəfakar-u Cefakeş” kitabı.
Yemək: Badımcan kababı.
Səs sənətçisi: Sezen Aksu, Mükerrem Kemertaş, Kazancı Bedih.
Köşə yazarları: Rəhmətlik Burhan Fələk Jurnalistlər Cəmiyyəti başçısı olarkən və Kənan Evrəndən ən az 20 yaş böyük olmasına baxmayaraq, əyilərək onun əlini öpmüşdü. Bax buna bənzəyən jurnalistlərdən başqa, hər kəsi sevirəm.
Kino,teatr, oyunçusu: Şənər Şən, Uğur Ucal, Yılmaz Ərdoğan, Əngin Günaydın…
Hər gün mütləq etdiyi şey: yuxudan əvvəl son siqaret.
Hazırladı: Vüqar Qurdqanlı

1087 dəfə oxunub
Oxşar xəbərlər
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?
09:00
21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü
16:24
20 noyabr 2024