İrəvan teatrında premyera - FOTOLENT

İrəvan teatrında premyera - FOTOLENT
28 aprel 2011
# 15:08
İrəvan Azərbaycan Dram Teatrı türk yazıçısı doktor Zihni Papaqçının “Soyqırımı abidəsinin dastanı” əsərini eyni adda tamaşaya hazırlayıb.

Teatrın direktoru İftixar Piriyevin Kulis.az-a verdiyi məlumata görə tamaşanın premyerası Beyləqan rayonunda ucaldılmış soyqırım abidəsi meydanında olub.

İkinci premyera Fövqəladə Hallar Nazirliyinin hərbi hissələrindən birində keçirilib.

Üçüncü premyera Türkiyənin Azərbaycandakı səfirliyində olub.

Tamaşanın ideya müəllifi İrşad Əliyev, baş məsləhətçi Hidayət Orucov, məsləhətçi Seyfəddin Ayaqyaddır.

Quruluşçu rejissoru və tamaşada istifadə olunan şerlərin müəllifi İftixar Piriyevdir. Rejissor Hacıbaba Məmmədov həm də tamaşanın xarioqrafıdır.

Tamaşada Vidadi Əliyev, Elmira İsmayılova, Tamella Abdullayeva, Vaqif Kərimov, Əjdər Zeynalov, Niyaməddin Səfərəliyev kimi aktyorlar oynayırlar.

Dramda yer alan milli qəhrəman Mübariz İbrahimovu Ramiq Nəsirov ifa edir.

Tamaşa artıq Türkiyəyə dəvət alıb.

Ramilə Qurbanlı
# 3641 dəfə oxunub

Oxşar xəbərlər

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

Məhəmməd Əlinin həyatından bəhs edən serialın premyerası elan edildi

16:40 31 oktyabr 2026
"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

"Laika" studiyasının ən böyük layihələrindən biri - 231 kukla və 136 məkan

16:04 31 oktyabr 2026
“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?

“Dune” trilogiyasının sonuncu filmi üçün yeni treyler yayımlandı – Pol Atreydesi nə gözləyir?

11:30 31 oktyabr 2026
55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

55 ildir senzura altında saxlanılan film yenidən kinoteatrlara qayıdır

17:00 30 oktyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
“Oskar”dan süni intellektlə bağlı mesaj -  İnsan yaradıcılığı əsas olaraq qalacaq

“Oskar”dan süni intellektlə bağlı mesaj - İnsan yaradıcılığı əsas olaraq qalacaq

18:40 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər