“Sirr”: Latın Amerika seriallarının ənənəvi süjet xətti
20 oktyabr 2012
08:00
Hələ yayda “Sirr” serialının (rejissor Ülviyyə Könül, ssenari müəllifləri Ramiz Fətəliyev, İbrahim İbrahimovdur) bir neçə bölümünə baxmışdım. Tam təsəvvürümün olması üçün üç-dörd gün ərzində internetdən serialın 10-a yaxın seriyasını izlədim.
Bölümlərdən birinə baxanda onda ayıldım ki, gözlərim dolub, üzüm yaşdan islanıb.
Yox, bu, serialda baş verən hansısa dramatik situasiyanın məni mütəəssir etməsi ilə bağlı deyildi.
Sadəcə, “Sirr”dən axıb gələn ümumi gərgin əhval-ruhiyyədən, ağırlıqdan, stressdən qaynaqlanırdı.
Milli serial industriyasının inkişaf etməsini arzulayan adamlardan biriyəm. Ən azından aktyorlar, rejissorlar, operatorlar, səs rejissorları, başqa yaradıcı, texniki işçilər işlə təmin olunacaq, ssenaristlər, prodüserlər püxtələşəcək, serial bazarı yaranacaq, rəqabət gücləndikcə keyfiyyətli seriallar çəkiləcək və bu, əlbəttə ki, həm də kinonun inkişafına təkan olacaq.
Fəqət, serial industriyasının formalaşması tamaşaçını total gərginliklə, mənfi ovqatla yüklənməsi, əsəblərinin gərilməsi hesabına başa gəlməməlidir. Çünki bu, serialdır. Necə deyərlər, sarsılmaq üçün kino sənəti mövcuddur. Onun ciddi nümunələri - triller, dram, canim sizə desin, “happy end”le bitməyən melodram janrında çəkilən ağır filmlər, janrsız müəllif kinosu var. Bu, daha çox müəyyən bir tamaşaçı auditoriyası üçündür.
Serial isə geniş tamaşaçı kütləsinə, onun zövqünə hesablanır. Hansı problemə toxunması önəmli deyil, bəsit, sadə olmalıdır. Axı, biz seriala daha çox vaxt keçirmək, stress atmaq üçün baxırıq.
“Sirr” isə tamamilə qaramatdır, enerjisi yorucudur, adamı depressiv əhvala sürükləyir.
Detektiv elementləri olan “Sirr” Latın Amerika seriallarının ənənəvi süjet xətti, klişeləri üzərində qurulub: cinayətkar dəstənin izinə düşən müstəntiqin yeni doğulan körpələrinin oğurlanması, sonra həmin uşaqların valideynləri ilə bilmədən rastlaşması, baş qəhrəmanlardan birinin serialın əvvəlində yoxa çıxması, varlanan kasıblar…
Serialda gərginliyə yüngüllük gətirən obrazlar, səhnələr, xoş, işıqlı nəsə yoxdur, həyəcan əvəzinə psixoloji basqı var, nəfəs dərmək, dincəlmək üçün tamaşaçıya imkan verilmir, intriqalar lazım olduğundan çoxdur. Birinci seriyadan başlayaraq problemlərlə beyinə hücuma keçirlər.
Fikrimi izah etməyə çalışım. Davamlı olmasa da, yorğunluğumu çıxarmaq üçün bir neçə türk serialı izləyirəm: “Möhtəşəm yüz il”, Orxan Kamalın romanı əsasında ekranlaşdırılan “Kötü yol”, “Behzat Ç”, rejissurasına görə türk serial məkanında çox yeniliklərə imza atan, hətta postmodern qata malik, son dərəcə istedadlı yazar Gülse Birselin ssenarisi əsasında çəkilən “Yalan dünya”.
Bunlar bizim seriallardan nə ilə fərqlənir? Texniki məsələləri-filanı bir kənara qoyuram. Hər şeydən əvvəl serialı tamaşaçı üçün baxımlı, parlaq tamaşaya çevirmələri ilə. “Möhtəşəm yüz il”in nümunəsində fikrimi əsaslandırım.
Məsələn, müəlliflər bir bölümdə Hürrəm Sultanı çətin vəziyyətə salıb müvəqqəti “uduzdururlar”, obrazı sevməyən bir qisim tamaşaçı kütləsi onun məğlubiyyətindən zövq alır, növbəti seriyada əksinə, vəziyyəti onun xeyrinə dəyişirlər, seyrçidə maraq, həyəcan artır və beləcə, müəlliflər bölümdən –bölümə məharətlə, yüngül intriqalarla oynayır, onu süjetə təbii şəkildə hopdurur, nəticədə baxımlı tamaşaya çevirirlər.
Çox vacib detalı nəzərdən qaçırmayaq. Məlumdur ku, “Möhtəşəm yüz il” daha çox saray intriqaları üzərində qurulub. Müəyyən məqamlar istisna olmaqla çox şey gerçəkliyə uyğun deyil. Çünki, müəlliflər tamaşaçı ilə sıx işləyir, onun marağını öyrənirlər. Serialların saytlarında tamaşaçı rəyini yazır, növbəti seriyalarda onların fikirləri nəzərə alınır. Bizim serial müəllifləri isə tamaşaçı ilə ünsiyyətdə olmurlar. Axı, Latın Amerikası kimi böyük təcrübəmiz yoxdur ki, bir serialın bütün bölümlərini əvvəldən yazaq.
Hətta “Behzat Ç” kimi qətllərin bol olduğu serialı izləyəndə belə yorulmursan: beynin asan, rahat qəbul edəcəyi intriqalar, əhvalatlar, ciddiliyə ara-sıra axıb gələn təbii yumor, dinamika.
Əlbəttə ki, çoxumuz seriallarda cəmiyyətin problemlərinin qaldırılmasının vacibliyindən yazmışıq. Amma daha demədik ki, serialı başdan ayağa qaramat sosial tok-şouya çevirib dramatikliyin, gərginliyin dozasını artırmaq, həddən artıq ciddiyyət lazımdır. Və ya demədik ki, serialı hər bazar axşamı telekanallarda yer alan, insanları iş həftəsinin birinci gününə - pis ovqata hazırlayan cinayət verilişlərinə oxşatmaq vacibdir.
Onsuz da informasiya proqramları, qəzetlər, internet portalları günə qara xəbərlər başlayır.
Onsuz da psixoloji cəhətdən insanlar gərgindir, küçədə gedəndə pozitiv birisinə az hallarda rast gələrsiniz. Bu mənada serialları həyatımızla tamamilə identikləşdirmək doğru deyil. Və Aygün Aslanlı bununla bağlı tənqidlərində tam haqlıdır: “Ssenaristlər özlərini çətinə salaraq, qəliz ssenarilər yazırlar, intriqayla dolu süjetə üstünlük verirlər. Hələ də qəbul etmək istəmirlər ki, XX əsr ədəbiyyatının nümayəndələri olan İlyas Əfəndiyev, Salam Qədirzadə kimi yazarların əsərlərinə müraciət etmək lazımdır. Bu insanların bir çox əsərləri təmiz serial materiallarıdır”.
Sevda Sultanova
Milli seriallar haqda digər yazıları da oxuyun:
“Pərvanələrin rəqsi” haqda hər şey
“Ağabəyovlar”: Psevdomillətçiliyin serial versiyası

2062 dəfə oxunub
Oxşar xəbərlər
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024