“Pərvanələrin rəqsi” haqda hər şey
6 oktyabr 2012
07:00
Prezidentin keçən ilin sentyabrında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqda sərəncamından sonra teleməkan addım-addım serial bumuna yaxınlaşır.
Bu yazıda dövlətin maliyyə dəstəyi əsasında ekranlaşdırılan teleseriallardan birindən, “Pərvanələrin rəqsi”ndən danışacağıq.
Amma öncə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin bir fikrini yada salaq.
N.Məhərrəmli bir neçə dəfə deyib ki, çəkiləcək seriallar müsbət ailə obrazının yaradılması, adət-ənənələrin, böyük-kiçik münasibətlərinin təbliğinə əsaslanmalıdır.
Teleməhsulun yaradıcı heyəti N.Məhərrəmlinin bir növ xəbərdarlıq intonasiyasına köklənmiş məlum arzusuna əməl edib. Ssenari müəllifləri Arzu Soltan və Rövşən İsax (həm də serialın rejissoru) bu mənada çox korrekt işləyiblər.
Yaradıcı heyət ümumilikdə müsbət, milli mentalitetə söykənən pozitiv bir ailə modeli təqdim edib. Ailədaxili münasibətlərdən bəhs edən serialın mərkəzində varlı-hallı Bədirlilər ailəsi dayanır, hadisələr onların ətrafında baş verir.
“Varlı-hallı” sözünü cümlədə işlətməyim təsadüfi deyil. Məsələ ondadır ki, sıravi insanların təsəvvüründə varlı ailələr müsbət nə iləsə assosiasiya olunmur. Hətta təsəvvür mütləq olmasa belə. Çünki insanların mövqeyi gördüyü, rastlaşdığı neqativ faktların çoxluğuna əsaslanır.
Beləliklə, “Pərvanələrin rəqsi” hər şeydən əvvəl məlum stereotipi dağıtmağa cəhd edir. Tamaşaçının serialda gördüyü, vara, dövlətə sahib olan Hikmət Bədirli (Ramiz Novruz ) beyinlərdə kök salmış varlı obrazlarının əks qütbündə dayanır, hətta kənarda belə sevgilisi olmayan (!!!), sadə, ailəsinin qayğısına qalan əxlaqlı ailə başçısıdır. Sadalanan keyfiyyətləri, üstəlik, varını haramla yox, zəhmətlə qazanması tamaşaçıda ona rəğbət hissi oyadır.
R.Novruzun simpatik, xarizmatik fakturası rəğbət hissini daha da möhkəmlədir.
Onun həyat yoldaşı Yaqut (Pərvanə Qurbanova) da dikbaş, öz zənginliyi ilə qürur hissi keçirən, pula həris varlı xanımlarına bənzəmir. O da əri kimi sadə, iddiasız, ailə dəyərlərinə önəm verən ev xanımıdır. Ailənin övladları belə - Aytən (Fidan Axundova), əhli-kef olmasına rəğmən Elxan -(Kənan Mahmudov) işçilərilə nəzakətlə davranan, dəbdəbəli həyata çox düşkün burjua övladlarına oxşamır.
Amma bu serialdır və onu mənfi qəhrəmanlarsız təsəvvür etmək olmur.
Serialda konflikt situasiyaların əsas hərəkətverici qüvvələrindən biri İlqar Cahangirovun oynadığı həris, kobud, ambisiyaları aşıb-daşan, ailənin böyük oğlu Orxandır.
Vəziyyəti tündləşdirən, Bədirlilər ailəsini şantaj edən, digər mənfi obraz isə Valeh (İntiqam Soltan) həkimdir. Seriala kömək edən qurumlardan biri “Avrasiya” klinikasıdır. Və serialda Valeh həkim də klinikanın əməkdaşıdır. İntəhası, insanların taleyi ilə oynayan, cinayətlər törədən Valeh obrazının klinikanın reklamına, yoxsa antireklamına xidmət etməsini aydınlaşdırmaqda çətinlik çəkdim.
Ümumiyyətlə, serialda bir neçəsi istisna olmaqla (Orxan, Valeh, Afət-Sona Əliyeva) tam müsbət personaj yoxdur. Onların hər birinin özünə görə qüsurları, zəiflikləri var. Reallıqda olduğu kimi. Və hər biri də özünə görə haqlıdır. Hətta cəmiyyətdə qınaqla qarşılanan, bir qadının bir evli kişi ilə münasibətləri də təbii görünür. Mühafizəkar tamaşaçı üçün təklif olunan sevgi üçbucağında (Vəsilə-Xanım İbrahimova, Kamran-Anar Heybətov və Aytən) kimisə birtərəfli günahlandırmaq çətindir. Vəsilə Kamranın keçmiş sevgilisi, tələbə yoldaşıdır, əri ölüb, ailəsinə kömək üçün Bakıda çalışır və ağır vəziyyətində Kamran ona kömək əlini uzadır, beləcə, əski sevgi hekayəti yenidən qayıdır.
Müəlliflər ailə dramının fonunda kəskin olmasa da sosial problemləri, qadın hüquqları (məsələn, Vəsilənin zorla ərə verilməsi, Rənanın – Şəbnəm Hüseynova-daim əri tərəfindən təhqir olunması, onunla ikinci dərəcəli insan kimi davranması), eyni zamanda sosial, ictimai məsuliyyət məsələsini qaldırır.
Beləliklə, “Pərvanələrin rəqsi” normal bir serialda gərəkli olan detalları, dramaturji elementləri özündə ehtiva edir.
İndi gələk serialın başqa detallarına.
“Pərvanələrin rəqsi”ində konflikt situasiyalar yetərincə əsaslandırılmır. Məsələn, sıravi bir həkimin nüfuzlu bir ailənin şantajlarının əlində aciz qalması o qədər də inandırıcı alınmayıb. Bölümlərdən birində Aytən-Rəna münasibətlərində gərginliyin ortaya çıxması üçün yetərli ola biləcək motiv göstərilmir. Və ya Xatirənin (Mətanət Eres) vur-tut 2 gündür işə başlamış, 5 illik tələbə yoldaşını əri Tofiqə (Şövqü Hüseynov) qısqanması səhnəsi də nədənsə çox tez-tələsik, əsassız baş verir. Bir qayda olaraq serial təhkiyəsində konfliktlər asta templə inkişaf etdirilir. Yəqin bu səbəbdəndir ki, sonrakı bölümlərdə təbii axardan çox, müəlliflərin sanki zor gücünə gərginlik yaratması təəssüratı var.
Personajların dialoqları zamanı səhnələrin daha çox iki planla işlənməsi gözü yorur. Üstəlik, kamera dialoq zamanı əsasən danışan personaja tuşlanır, halbuki, vəziyyətin dramatizmini tamaşaçıya dəqiq ötürmək üçün bir personaj danışdığı zaman qarşı tərəfin də deyilənlərdən hansı hissləri keçirməsinin, üz ifadələrinin vəziyyətinin göstərilməsi vacibdir. Ən azı bu, tamaşaçını obraza daha yaxın edir.
Operator işi səlis deyil, məsələn, 6-cı bölümün əvvəlində kamera uzaq plandan yaxın plana axarlı, yüngül hərəkət əvəzinə, o qədər naşı istiqamətlənir ki, kobudluq dərhal nəzərə çarpır. Bölümlərdən birində Kamran-Orxan qarşılaşmasının gərginliyini yalnız musiqi ifadə edir. Bu situasiya bir qayda olaraq, iri planlarla təsvirə gəlməlidir, əvəzində isə orta plana çox üstünlük verilib. Deyilənlərin maliyyə ilə heç bir əlaqəsi yoxdur, bu, artıq peşəkarlıq məsələsidir.
Sonra səhnə mizanı. Qısaca desək, mizan səhnə aktyorlarının kadrda vəziyyətə uyğun yerləşdirilməsidir. Serialda vəziyyəti, personajların emosional ruhunu daha dolğun ifadə edə biləcək səhnə mizanları yeknəsəqdir. Əksərən obrazlar eyni qaydada - oturaq halda təsvir olunur, plastika azdır.
Təsvirin keyfiyyətsizliyinə təsir göstərən amillərdən biri rəng həllidir.
Hər bir filmin, serialın xarakterinin, atmosferinin ifadəsi üçün müəyyən bir dominant rəng, rəng çalarları önə çəkilir. Məsələn, “Behzat Ç” serialı noir janrına (Noir “qara” deməkdir, adətən kriminal süjetli filmlərdə bu janra müraciət edilir) uyğun çəkilib. Serialda rənglər soyuq, cansıxıcı, ümumi atmosfer pessimistdir. Hətta obrazların geyimi, evləri, həyat tərzi, küçə təsvirləri belə tutqun rənglərə boyanır, personajlar daim narahat, əsəbidir.
“Möhtəşəm yüz il” serialında isə tünd və açıq qəhvəyi rənglərə üstünlük verilib. Bu, təsadüfi deyil. Qəhvəyi sarsılmazlığın ifadəsidir və bu da Osmanlı imperiyasının gücünə işarədir. Üstəlik, uzun əsrlər varlıların geyimlərində qəhvəyi rəng dominantlıq edib.
“Pərvanələrin rəqsi”nin isə bu anlamda konkret rəngə malik deyil, kəsəsi, rəng korreksiyası yoxluğundan təsvirlər qeyri-estetikdir, göz oxşamır.
Musiqi təsviri (bəstəkar Nailə Mirməmmədli) üstələyir, bəzən dialoqlar yaxşı eşidilmir.
Aktyor ansamblı isə uğurla seçilib. Azərbaycanın başqa bölgələrindən, məsələn, Gəncə teatrından aktyorların dəvəti yaxşı təcrübədir. Geniş tamaşaçı auditoriyasının tanımadığı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İlqar Cahangirovun ifası daha parlaqdır.
Nigar obrazının ifaçısı Mehriban Abdullayevanın oyununu izləmək xüsusən xoş oldu. M.Abdullayevanı uşaqlıqda izlədiyim “Solğun çiçəklər” teletamaşasındakı Sara obrazıyla tanımışam, sevmişəm. Aktrisa dolğun ifasıyla bir daha peşəkarlığını təsdiqlədi.
Milli seriallarda adətən axsayan tərəflərindən biri dialoqlardır. “Pərvanələrin rəqsi”ndə dialoqlar mümkün qədər sadə, təbii danışıq dilinə yaxın yazılıb və bu ümumən serial sahəsində bir neçə addım irəliləməkdir.
Sevda Sultanova

3872 dəfə oxunub
Oxşar xəbərlər
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024