Rüstəm İbrahimbəyov Azərbaycan kişisini niyə nakişi obrazında göstərdi?
25 iyul 2012
11:04
“Kaspi” qəzetində kinorejissor Rüstəm İbrahimbəyovun yeni təqdim olunmuş «Kabusun gözüylə» filmi ilə bağlı araşdırma dərc olunub. Lent.az həmin yazını təqdim edir.
Faktlar unudulmur. Fakt həmişə faktlığında qalır. Kimlərsə keçmişini görməzdən gəlib indi özünü yeni qiyafədə millətpərvər, vətənpərvər libasında göstərə bilər. Hətta cəfakeş ziyalı maskasını taxıb restoran davasını az qala ümummilli savaş müstəvisinə keçirə də bilər. Ancaq unudurlar ki, üzüdönmüş faktlar qeyrət qılıncı kimi qınından sıyırıla, fırtına qopardıqları nəlbəkini ortadan iki yerə bölə bilər. Ziyalı, vətənpərvər maskası yırtılanda nə görünür? Adamın əsil sifəti. İki il bundan öncə «milli.az» saytında dərc olunan bu yazı həmin maskanı yırtan faktlar qəbiləsinə aiddir. Bu yazı elə o zaman da fırtına qopartmışdı, düşünürük ki, indi də az effekti olmayacaq. Faktlarla baş-başa qalmaq üçün maskanı çıxarmaq lazımdır.
800 min manat Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, 200 min avro Fransa hökuməti, cəmi 1 milyon 50 min manatlıq büdcə. Kiminçünsə həyat filmi, kiminçünsə havaya sovrulmuş milyon. Kiminə görə şedevr, kiminə görə isə biabırçılıq. Bu yazıda Rüstəm İbrahimbəyovun yeni təqdim olunmuş «Kabusun gözüylə» filmindən danışacağıq, özü də mübaliğəsiz. Çünki «Kabusun gözüylə» filminin ssenari müəllifi və rejissoru olan Azərbaycanın tanınmış yazıçı-ssenaristi Rüstəm İbrahimbəyov özü saytlardan birinə müsahibəsində deyib ki, o, kinokritikadan qorxmur və sağlam tənqidi qəbul etməyə hazırdır.
Rüstəm İbrahimbəyovun qəzəbi
Amma şəxsən bəndənizdə Rüstəm bəyin bu fikrində tamamilə səmimi olduğuna ciddi şübhələr var. Soruşmaq istəyirəm ki, niyə kinokritik Ülvi Mehdinin bir neçə gün bundan əvvəl «Kabusun gözüylə» filminə və dolayısı ilə cənab Rüstəm İbrahimbəyovun yaradıcılığına həsr olunmuş məqaləsi qısa müddətdən sonra «kultura.az»ın səhifəsindən yığışdırıldı? Bu barədə saytın baş redaktoru, şəxsiyyətinə və qələminə hörmət bəslədiyim Elmir Mirzəyevdən soruşmağa lüzum görmədim. Bilirəm ki, Elmir Mirzəyev jurnalistlərin qələminə hörmətlə yanaşan insandır və istənilən məsələylə bağlı həmin sahədən məhz başı çıxan adamların danışmasını, yazmasını arzulayır. Elmir Mirzəyev əsil səbəbi söyləməkdə bəlkə də çətinlik çəkəcəkdi, yalan danışmağı, oxucuları aldatmağı isə nə vaxtsa ağlına belə gətirəcəyinə şübhə edirəm. İnanıram ki, məlum yazının saytda yayımlanmasından onun da birbaşa xəbəri vardı. Amma sonra yazı niyə saytdan çıxarıldı, bunun səbəbləri mənə məlumdur. Eşitdiyimə görə, sözügedən yazı Rüstəm İbrahimbəyovu çox qəzəbləndirib. Onun «tənqidə ifrat dözümü» isə yazının saytdan çıxarılmasına səbəb olub. Bunun izahatına gəlincə, bu barədə saytda heç nə yoxdur... Çünki yazını oxuyan tanışlarımın hamısının beynində bu məsələ ilə bağlı sual işarəsi qalmaqdadır. İndi isə bu yazı ilə R.İbrahimbəyovun əsəblərini, tənqidə nə dərəcədə dözdüyünü bir daha yoxlamaq yerinə düşərdi. Hərçənd, o inancdayam ki, hörmətli Rüstəm bəy, «siz kim olursunuz da, mənim filmimi tənqid edirsiniz» deyə düşünəcək. Boynuma alıram ki, kino tənqidi sahəsində peşəkar deyiləm. Bu yazıda da sadəcə düşündüklərimi yazacağam, ölkəm adına, xalqım adına, xalqımın dəyərləri adına. Çünki biz başqalarından fərqli olaraq, nifrət etməyi də, sevməyi də bacarırıq. Lope de Veqa demişkən, yoxdur elə bir sevgi ki, nifrətlə əlaqəsi olmasın.
«Oskar» niyə Mixalkovun kabinetindədir
Əvvəlcədən deyək ki, mübaliğəsiz-filansız Rüstəm İbrahimbəyovun imzaları olan «Səhranın bəyaz günəşi» və «Günəşdən usanmışlar» («Utomlennıe solntçem») filmləri sovet dövrünün filmləri arasında çox sevdiyim, hər dəfə ekranlarda gördüyümdə laqeyd qala bilmədiyim filmlərdəndi. Bəlkə elə məhz buna görədir ki, «Günəşdən usanmışlar»a verilmiş «Oskar» mükafatında təkcə Rüstəm İbrahimbəyovun əməyi olmadığı barədə deyilənlər bəndənizdə həmişə qıcıq yaradıb. Ülvi Mehdi iddia edir ki, həmin «Oskar»ı əks etdirən heykəlciklə birgə şəkil çəkdirməsi, o demək deyil ki, onu məhz R.İbrahimbəyova veriblər. Bir də ki, əgər «Oskar» İbrahimbəyova verilibsə, onda həmin heykəlcik niyə bu günə qədər filmin ideya müəllifi, həmsenaristi, quruluşçu rejissoru və ən əsası prodüsseri Nikita Mixalkovun «Trite» kinoşirkətindəki kabinetini bəzəyir?! İnsafən demək lazımdır ki, Rusiyanın Kino Ensiklopediyasında da “Günəşdən usanmışlar”a görə “Oskar” mükafatının Mixalkova təqdim olunduğu barədə məlumat verilib. Elə həmin ensiklopediyada R.İbrahimbəyovun təltifləri və aldığı prizlərin arasında da “Oskar” yoxdur (maraqlananlar “russiancinema.ru” saytına baxa bilərlər). Elə “Oskar” Amerika Kino Akademiyası tərəfindən düzənlənən təqdimat mərasimində də heykəlcik məhz Mixalkova təqdim olunub...
Nə isə, hər halda R.İbrahimbəyovun ən azı Rusiya kimi nəhəng ölkədə nüfuzlu azərbaycanlı yazıçı-ssenarist kimi tanınması bizim hər zaman fəxrlə, qürurla qarşıladığımız məqamdır.
İndisə keçək fransalı kabusa. Filmin ideyası ürəyimizcə olsaydı, onun adını məmnuniyyətlə «Azərbaycanda dolaşan fransalı kabus» qoyardıq. Film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, «İbrus» kinoşirkəti və «Toursky» teatrının birgə istehsalıdır. Hələlik yalnız Heydər Əliyev adına sarayda məhdud sayda tamaşaçıya təqdim olunduğundan, inanmıram ki, ona geniş tamaşaçı kütləsi baxıb. Yəqin ki, film haqqındakı tənqidi yazılar onu bəlkə də layiq olmadığı səviyyədə populyarlaşdıracaq. Düşünəcəksiniz ki, əgər bu filmə baxmağa dəyməzsə, onda onun haqqında niyə çox danışıb çox yazırsınız?!
Biz bunun özümüzə aid olan hissəsi ilə bağlı suala cavab verə bilərik. Çünki filmin yaradıcısı ölkədə kifayət qədər populyar olan Rüstəm İbrahimbəyovdur. O Rüstəm İbrahimbəyov ki, onun haqqında «dünya şöhrətli azərbaycanlı», «ilk və yeganə Oskar mükafatçısı olan azərbaycanlı», «cəsarətli ziyalı», «demokratik fikirli mədəniyyət, ədəbiyyat və incəsənət adamı» tipli ifadələr səsləndirilir. Çox az adam tanıyıram ki, R.İbrahimbəyovun sol kürəyinin altında azərbaycanlı ürəyini gəzdirdiyinə şübhə ilə yanaşır. Çox az adamdan eşitmişəm ki, desinlər, Rüstəm və Maqsud İbrahimbəyov qardaşları heç vaxt özlərini azərbaycanlı kimi hiss etməyiblər. Yalnız bir millət vəkili jurnalistlərin içində nümayişkaranə şəkildə dedi ki, bu qardaşlar Azərbaycana, azərbaycanlılara və Azərbaycan dilinə nifrət edirlər. Və həmin millət vəkili onları ermənilərin yaşadığı Bakının xiffətini çəkməkdə ittiham eləmişdi.
Növbəti qalmaqala rəvac verməmək üçün adını yazmağı lüzum görmürük. Hər halda Rüstəm İbrahimbəyov özü Milli.Az xəbər portalına müsahibəsində Azərbaycanı sevdiyini söyləyib.
Bunun nəyi bəşəri sevgidir?!
«Kabusun gözüylə»nin Azərbaycan haqqında həqiqətlərin kifayət qədər kino zövqü olan tamaşaçı auditoriyasına malik Fransada tanınması üçün yaxşı fürsət ola bilərdi. Eşidəndə ki, film həm də qondarma erməni “soyqırımı”nı ilk tanıyan və ona ilk abidə qoyan şəhərlərdən biri olan Marsellə əlaqədardır, nisbətən sevindim. Demək ki, bu film Avropa seyrçisi üçün həm də əla siyasi mesaj olacaq.
Lütfən, kimsə qalxıb kino ilə siyasətin ayrı-ayrı şeylər olduğunu deməsin. Kinonun insanlar arasında siyasət və siyasətçilərdən daha böyük təsirə, nüfuza malik olduğunu yəqin, Rüstəm bəy də bizdən daha yaxşı bilir. Film Marselli bir teatr aktyoru ilə azərbaycanlı aktrisa arasındakı sevişməyə həsr olunub. Millətlərarası sevgi münasibətləri, ideya olaraq normaldır, ümumbəşəri dəyərlərə və tolerantlığa bağlıdır. Burası aydındır, bir söz demirik. Amma kimsə qalxıb məhz bu filmdəki sevgililərin münasibətlərini "sevgi" adlandırmağa cəhd eləməsin. Əgər bir azərbaycanlı Tamilla fransalı Rişar üçün itindən daha az sevimlidirsə (çünki filmdə Rişar 3 ay müddətində Tamillanı axtarıb-aramamasını itinin xəstələnməsilə izah edir), bunun nəyi bəşəri sevgidir?!
Filmdə tamamlanmamış və anlaşılmaz səhnələr var. Məsələn, Toursky teatrının həyətindən keçib iş otağına getməkdə olan Rişarın qabağına bir oğlanla qız çıxır. Oğlan deyir ki, bu qız aktrisa olmaq istəyir. Rişar qızın adını soruşur. Qız isə adını demir. Məlum olmur ki, bu, utancaqlıqdan belədir (zira, fransız qızında utancaqlıq məsələsinin qondarma olduğu kimsəyə sirr deyil), yoxsa, qız laldır. Filmin sonunadək bu qızla bağlı heç bir məntiqi ardıcıllıq nəzərə çarpmır. Əgər məqsəd Rişarın böyük aktyor olması və küçədən keçən birinin ondan teatr dərsləri almaq istəməsi barədə mesajdırsa, burada da həmin mesajın çatdırılma variantı uğursuz seçilib.
Sonra Jorjun Bakıdan məktub gəldiyini deməsi və həmin məktub barədə Rişarı vaxtında xəbərdar etməməsinə görə danlanması səhnəsində təkrara yol verilib. Niyə Rişar Tamilla haqqında düşünəndə onun ərinin əlində iri bir bıçaq Rişarı vurması gəlir gözünün qabağına, bu, aydın deyil. Bununla müəllif nə demək istəyir? Azərbaycanlıların vəhşi olmasını, yoxsa fransızların azərbaycanlıların vəhşi olduğunu düşünməsini?!
Sonra hüquq müdafiəçisi və kinonun əsas qəhrəmanlarından biri olan Rənanın (bu rolu Rüstəm bəyin qızı Fatimə İbrahimbəyova oynayır) alkaş ərinin gəlib sabiq arvadından 100 manat istəməsi səhnəsi ağla yerləşmir. Normalda sabiq alkaş ərin sabiq arvadının pulqabından 100 manatı çəkib alması arvadın əsəblərini yerindən oynatmalı, ya da ən azından mimikasında mənfi ifadənin əmələ gəlməsinə səbəb olmalıydı. Burada isə Rəna əksinə, ərini gülə-gülə alkaş dostlarının yanına yola salır.
Rişarı aeroportda Rəna qarşılayır. Onun sabiq əri Fərhad və qardaşı Yaşar da bu səhnəni kənarda durub seyr eləyirlər. Amma nədənsə onlar nə qonağa yaxınlaşırlar, nə də aeroportdan şəhərə qədər olan məsafədə onları müşayiət edirlər. Qaranlıqdır ki, bu adamlar aeroporta niyə gəlmişdilər və sonra hara yoxa çıxdılar.
Digər saxta süjet guya dörd kişini döydüyünə görə həbsə atılan, körpəsi isə başqasının himayəsinə verilən Tahirə adlı qadınla bağlıdır. Filmə yamaq təsiri bağışlayan bu süjetdə anormal olan, Tahirənin qondarma motivlə həbsə atılması deyil. Bir qadının dörd kişini döyməkdə təqsirli bilinərək həbsə atılması məsələsində açıq-aydın ifrata varılıb. Amma burada anormal olan həm də Tahirə ilə onun uşağını himayə edən qadın arasındakı dialoqdur. Tahirə deyir ki, mənim prinsiplərim var. Mən haqsızlığı görəndə susa bilmirəm. Himayəçi qadın isə deyir ki, hamı susur. Haqsızlığa qarşı susmağı məsləhət bilən həmin himayəçi qadın isə başa düşdüyüm qədər (?!) bizim hüquq müdafiəçimiz, öz rəfiqəsinin Rişarla sevişməsinə şərait yaratmaq naminə dörd ilini hədər vermiş «fədai» Rənanın anasıdır. Bu nə biçim hüquq müdafiəsidir, anlaşılmır?
Ümumiyyətlə, Tahirənin ssenariyə, filmin qəhrəmanlarına nə aidiyyatı var, məlum deyil.
Kabab ölkəmizin əsas atributlarından biridir. Haqlı olaraq filmə kababla bağlı fraqment salınıb. Amma orada sözlər düz seçilməyib. Məsələn, Rəna ömründə birinci dəfə kababı görəcək Rişardan soruşur ki, sən kabab bişirə bilirsən? Halbuki onun Rişardan kabab barədə nəsə bilib-bilmədiyini soruşması daha məntiqli olardı. Ümumiyyətlə, Rəna öz yersiz fikirləri ilə kino boyunca adamın qanını qaraldır. Məsələn, fransıza deyir ki, «sən azadlığını itirəcəyindən qorxursan. Sənin kimisinə Avropada kabus deyirlər, Amerikada isə siçovul. Xətrinə dəyməsin, amerikalılar siçovula başqa cür baxırlar, onlar onu müstəqilliyinə görə sevirlər».
Biqeyrət kişi obrazı
Maraqlıdır, Rənanın Bakıda oturub bildiyi şeyləri Fransadan, Avropadan gələn dünyaca ünlü aktyor niyə bilmir, görəsən? Özü də yeni bir şey eşidirmiş kimi matdım-matdım Rənaya baxır.
Bu arada Rənagilin itinin adı niyə Sezardır, bunu anlamıram. Bəlkə bu adı da itə məhz fransıza olan məhəbbətləri səbəbindən qoyublar?! Axı iki rəfiqə məhz bir bu qoca fransıza görə ömürlərinin dörd ilini yalan danışıblar, neçə-neçə kişini barmaqlarına dolayıblar.
Filmdə bəndənizi ən çox güldürən «qeyrət dağarcığı», valideynləri tərəfindən boşanmış bacısına qarovul qoyulan Yaşardır. Zalım oğlu, elə bil, qaçırılmış qızın yengəsidir, gecəni yatmır ki, birdən oğlan şuluq eləyib toy gününə qədər qızın otağına boylanar. Əslində bu, film boyu azərbaycanlılarla fransızların dünyagörüşləri arasındakı dərin uçurumu ortaya qoymağa hədəflənmiş bəlkə də ən uğurlu ideyadır.
Yenə də Rənanın Rişarı 90-cı ildə ona KQB-nin cəngindən qurtarmağa kömək etmiş adamları göstərmək üçün gətirdiyi həyətlərindəki yersiz hərəkətini qeyd etməyə bilmirik. Ümumiyyətlə, azərbaycanlılarda salam birinci verilir. Rəna isə həyətdə oturmuş əlil kişiyə çay süzür, sonra salam verir. Yəqin bu səhnə Bakıdakı köhnə məhəllələrdə cavanların qocalara, əlillərə nəzakət göstərməsini nümayiş etdirmək üçün düşünülüb. Amma niyə belə əndərabadi formada?! Ardınca Rəna həyətdə ata, ata deyə çağıran uşağa irad tutaraq deyir ki, «Mamedik, sən həmişə ata, ata çağırırsan, sənin anan yoxdur?». Uşaq da deyir ki, var. Rəna «onda ananı çağır da» deyir. Buna görə uşağın atası Rənaya təşəkkür edir. Bu da, növbəti qatıq səhnə. Elə həmin həyətdə bir arvad öz itinə Rəna ilə salamlaşmağı əmr edir, it də guya hürüb "salam verir". Digər qonşu qadın isə "Bu cuhudların balam, iti də danışır" deyir. Filmdə bu nə yersiz məqamdır, anlaşılmır. Hər halda ssenaristin yəhudi simpatiyası filmin bu kiçik epizodunda özünü büruzə verir.
Qonaqlıqda isə Tamillanın əri Rişarla isti görüşür. Əvəzində Tamilla Rişarla başqa otaqda bir-birinə sarılır.
Ən anlaşılmaz və yenə də dəxilsiz məqam növbəti pərdədə baş verir - hardansa bir çanta Rənanın maşınından qabaqda şütüyən maşının baqajı üzərində peyda olur. Rəna isə bunu görür və yüksək sürətlə həmin maşını təqib edir, nəhayət saxladaraq çantanı onlara təhvil verir. Yenə də anlaşılmır ki, bu çanta niyə o maşının baqajı üstündədir, onu kim ora qoyub, nə məqsədlə və niyə onu məhz Rəna görür? Bu suallar filmin sonuna qədər açılmamış qalır.
Ümumiyyətlə, filmin ən böyük qüsuru ideyanın və ana xəttinin olmaması, süjetlərarası əlaqənin qırılmasıdır. Film boyu süjetlərin bir-biri ilə əlaqəsizliyi, dəxilsiz məqamların bir-birinə calanması bəlkə də uğursuz montaj işinin nəticəsidir.
Filmin ən sarsaq və azərbaycanlıların nöqteyi-nəzərindən bağışlanması mümkün olmayan hissəsi isə Oqtayın arvadı Tamillanı gətirib Rənanın bağ evində dolayısı ilə Rişara təhvil verməsi səhnəsidir. Burada Oqtay Rişarın qoca olmasından danışır. Tamilla isə romantik səslə deyir: o ki dahidir. Oqtay deyir ki, Fərhad onu öldürər. Tamilla isə «hamı sənin kimi vəhşi deyil» deyir. Sonra da ərini qovaraq, «sən Allah get, yuxudan ötrü ölürəm» deyir. Üstəlik fransızı Şamaxıya qonaq aparmaq istəyən ərinə deyir ki, «o yorulub, bir aydır, hər gecə Avinon festivalında çıxış edib».
Adama deyərlər, yorulub, oturub xarabasında dincəlsin. Marseldən Bakıya gələ bilir, Bakıdan Şamaxıya gedə bilmir?
Sonra Oqtay Rənanın bağ evini tərk edir. Rişarla Tamillanın sevişmə səhnələri, Rənanın isə onlara qarovul çəkməsi görünür. Nəhayət, iki rəfiqə arasındakı ilginc dialoq. Tamilla Marselə getmək niyyətini açıqlayır. Rəna da soruşur ki, «bəs ərinə nə deyəcəksən». Tamilla da deyir, «ona sən izah eləyərsən». Rənanın cavabı belədir: «Bu ki insancasına deyil. Mən 4 ildir ki, hər kəsi aldadıram, yaxınlarımı incidirəm. Bilmək istəyirəm ki, bu böyük sevginin xatirinədir, yoxsa, Fransa teatrında özünə karyera qurmaq istəyən aktrisanın».
Rişar birinin arvadı ilə yatıb o birini də ehtiyatda saxlayır
Növbəti pərdədə Fərhad Rişarla haqq-hesab çəkmək üçün danışmaq istədiyini bildirir. Rəna isə buna mane olmaq üçün deyir ki, yəqin sən bizim milli qonaqpərvərliyimizi unutmamısan. Ardından da Oqtay arvadı ilə yatıb sonra da ona buynuz qoyan Rişarı onunla haqq-hesabı çürütmək istəyən Fərhadın əlindən alır. Prikola bax, Rişar birinin arvadı ilə yatıb o birini də ehtiyatda saxlayır, onların ərlərinə isə qonaqpərvərliyin unudulmaması, qonağın xətrinə dəyilməməsi məsləhət görülür.
Filmdə bir qədər həqiqətə yaxın olan səhnə də Şamaxı qonaqlığında boşboğaz tamadanın «qonaq getməyən ailə xoşbəxt deyil, qonaq gedən ailə xoşbəxtdir» tipli ifrazatıdır. Bu, ona görə həqiqətə yaxındır ki, bizimkilər xaricdən bir qonaq gələndə araqdan ağızlarından tökülüncəyə qədər vururlar, sonra da belə yersiz, məntiqsiz fikirlər ifraz edirlər. Elə aktyor da obraza uyğun seçilib. Azərbaycansayağı rəqsin ardından da Tamilla öz ərinin gözü qabağında telefon danışığından sonra coşub-daşan Rişarla danışır. Sonra da ağlamsınaraq ərinə heç nə olmadığını deyir. Ər də nə qədər lox ola ki, arvadının bir belə işləklərindən bir şey başa düşməyə. Rəna da məhz rəfiqəsinin fransızla sevişməsi xatirinə 4 ildir ki, öz əri Fərhadla məzələnir. Əgər bu Fərhad doğrudan da Bakılı qədeşlərindəndisə, gərək Rişarı da, Rənanı da çoxdan gəbərdərdi...
Birdə ki, film boyu arvadı tərəfindən başına papuş hörülmüş, aldadılmış, arvadının hər bir nazını çəkən, onun həqarətlərinə dözən, rus dilində aksentlə danışdığı üçün arvadının tənəsinə tuş gələn və ən əsası bütün bunların fonunda yenə də qaba, hər cür sivilizasiyadan uzaq azərbaycanlı kimi təqdim olunan Oqtay fransızın xəyalında başqa cür canlanır. Orada əlinə bıçağı götürərək fransıza deyir ki, «siz və sizin sivilizasiyanız Tamillanı öldürdü. Mən bilirəm ki, siz bu illər ərzində ona necə əzab vermisiniz. Buna görə də ölümü haqq edirsiniz».
Bilmirəm hörmətli ssenarist və rejissorumuz fransızın xəyalında da olsa, buynuz qoyulmuş, qaba, geridəqalmış azərbaycanlı kişini, nə əcəb sivilizasiyadan dəm vuran, arvadının məhəbbətinə qarşılıq vermədiyi üçün fransız aktyoru öldürən kişi obrazına çevirib. Bəlkə fransızların başqa millətlər barədə neqativ düşünmədiklərini göstərmək istəyib. Burada isə təzad var. Çünki Rişarın bütün xəyalları azərbaycanlı kişilərin vəhşilikləri ilə bağlı qurulur. Üstəlik o sivilizasiyaların uyuşmazlığından Yaşarın hərəkətləri haqda düşünərkən bəhs edir.
Və əslində fransız və azərbaycanlı aktyorların böyük məhəbbətlərinə həsr olunan filmin finalı ideyanın (bəlkə də ideyasızlığın) fiaskosunu göstərir. Sevgilisindən xəbər-ətər ala bilmədiyi dövrlərdə çox iztirablar çəkən Tamilla sonuncu qovuşma səhnəsində Rişardan soruşur ki, son 3 ayda harada olub və niyə telefon zənglərinə cavab verməyib. Rişar da cavab verir ki, «mən 3 aydır onun həyatı uğrunda vuruşmuşam». Tamilla soruşur ki, kimin. Rişar da telefonunda itin şəkilini göstərir. Tamillanın «bu ki itdir» ifadəsinin qarşılığında Rişar «mənim ömrümün 1 ili» deyir.
Şərhsiz. Bəlkə də normaldır. Beynəlxalq sevgi elə bu cür olur.
Nəhayət, ingilislər demişkən, «Happy end». Rişar, Tamilla, Rəna və Fərhad kabussuz məhəbbətin və teatrın sağlığına içirlər.
Doğrusu, bu filmin niyə çəkildiyi bəndənizə heç cürə aydın deyil. Bəlkə hörmətli R.İbrahimbəyov düşünüb ki, bu filmi fransız aktyorların hesabına heç olmasa fransız tamaşaçısına sırıya bildi. Lap bunu bacarmış olsa belə, fransız seyrçidə Azərbaycan və azərbaycanlılar haqqında hansı pozitiv qənaət hasil olacaq? Tutalım, R.İbrahimbəyov bu filmi ekranlaşdırmaqla azərbaycanlılar haqqında bütün düşündüklərini ortaya sərmək istəyib. Bəs, azərbaycanlıların alçaldıldığı bir filmə 800 min manat ayıran Mədəniyyət və Turizm Nazirliyi hara baxır? O Nazirlikdə doğrudanmı fikirləşirlər ki, bu filmdə azərbaycanlı kişiyə buynuz qoymaqla, onun düşük dəyərləri barədə aləmə car çəkməklə ermənilərin bütün kriterilərə görə üstün olduğu Fransada, Marseldə Azərbaycan haqqında müsbət imic formalaşdıracaqlar?
Bu nəsnənin nəyinə 1 milyon xərclənib…
Biri çıxıb başa salsın görək, kim ixtiyar verib ki, azərbaycanlıların ödədikləri verginin hesabına dövlət büdcəsinə toplanmış, ordan da Mədəniyyət və Turizm Nazirliyinə ayrılmış vəsait, Azərbaycanın və azərbaycanlıların alçaldılmasına sərf olunur?! Lütfən, kimsə çıxıb bizi urapatriotizmdə günahlandırmasın. Biz deyəndə ki, Azərbaycan həqiqətlərini dünyaya kino dili ilə çatdırmaq üçün ən pis halda «Kurtlar vadisi İraq» tipli bir film çəkilməlidir və bunu bizdə bacarmırlarsa, verin türklər çəksin, hamı ağzını büzürdü. O cür ideyanı indi lağlağaya döndərdilər. Bu yaxınlarda mətbuatda oxudum ki, bir qrup avara yığışıb özlərini Polad Ələmdara, Memati Başa oxşadaraq «Qurdlar vadisi Qarabağ»ı çəkməyə girişib. Doğru deyilmiş fikirdir ki, bütün gözəl ideyalar Azərbaycana gəlib çıxanda bərbad olur. İndi bir milyondan artıq pul xərcləyiblər, bilinmir, nəyə. Son illərdə bizdə 1 milyon manat civarında büdcəsi olan bir neçə film çəkilib: «Cavad xan», «Hökmdarın taleyi», «Cavid ömrü» və sair. Bu filmlərlə tanışlıqdan sonra kinodan az-çox başı çıxan adamların ilk ağlına gələn sual bu olur: görəsən, nə qədər yeyiblər? «Kabusun gözüylə» də həmin filmlərin sırasına qoşuldu. Baxmayaraq ki, onun adlarını sadaladığımız filmlər kimi bir dəfə göstərildikdən sonra rəflərə qaldırılmasını arzulamırıq. Fəqət fikirləşirik ki, ayrı-ayrı kadrlar yığmasından başqa bir şeyə bənzəməyən bu nəsnənin nəyinə 1 milyon xərclənib.
Bilənlər bilir ki, filmdəki kadrlar əsasən R.İbrahimbəyovun obyektlərində çəkilib. Filmdəki hadisələrin əsasən cərəyan elədiyi bağ evi, R.İbrahimbəyova məxsusdur. «İbrus» teatrının binası da həmçinin. Kadrların bir neçəsinin də Rüstəm bəyə məxsus mənzillərin birində çəkildiyi söylənilir. Şamaxıdakı yol qırağı kümbəzəbənzər restoranlardan birində çəkiliş aparmaq üçünsə, inanmıram ki, kimsə «dünya şöhrətli şamaxılı ssenaristdən» pul götürsün. Şamaxının icra başçısının bir barmağını tərpətməsi yetər ki, rayondakı bütün ictimai obyektlər filmin çəkilişi üçün səfərbər olunsun. Fransadakı çəkilişlərə gəlincə, filmdə Fransa səhnələri çox məhduddur. Turski (Toursky) teatrının binasının göstərilməsi, filmin titrlərində onun adının həkk olunması, eyni zamanda filmə Fransa tərəfinin də maliyyə sərf etməsi göstərir ki, burada reklama daha çox güc verilib, nəinki, qonorara. Olsa-olsa, yaradıcı heyətin Fransa xərcləri 200 min avro olardı ki, onu da fransızlar özləri ödəyiblər. Namxuda, bizimkilər filmin çəkilişləri zamanı yəqin ki, Fransada yaxşıca kef çəkiblər.
Filmdəki aktyorlara gəlincə, baş rollardan birinin və epizodik rollardan da birinin yaradıcısı məhz İbrahimbəyovlardandır. Baş rolların digər oyunçuları da ki, «İbrus» teatrının həmişə kasıbçılıqdan gileylənən aktyorları. Epizodik rollarda oynayanlar da ki, hörmətli ssenaristin süfrə dostlarıdır. Maraqlıdır, görəsən, məkanlar və aktyorlar üçün nə qədər vəsait xərclənib?
Yenə də təkrarlayıram ki, büdcəsi elə «Kabusun gözüylə»nin büdcəsindən daha kiçik olan Nuri Bilge Ceylanın «Üç meymun» filmi 2008-ci ildə Kann festivalında ən yaxşı rejissor işinə görə mükafat aldı. Görəsən, Rüstəm müəllimin bu filmi hansısa mötəbər festivalda bir ad qazanmağa qadirdirmi?

3100 dəfə oxunub
Oxşar xəbərlər
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024