Mirzə Fətəli Axundov haqda film - AYRINTILAR

Mirzə Fətəli Axundov haqda film - AYRINTILAR
24 avqust 2011
# 10:42
“Azərbaycanfilm” kinostudiyasında ədib Mirzə Fətəli Axundova həsr olunmuş bədii filmin çəkilişləri üçün hazırlıq prosesi davam edir.

Kulis.az-ın məlumatına görə kinostudiyada eyni vaxtda bir-neçə filmin çəkilişləri getdiyindən Mirzə Fətəli barədə iki seriyalı tarixi filmin çəkilişlərinə hələ start verilmir.

Bununla belə elə kadrlar var ki, zaman itirmədən onu çəkmək lazımdır.

Odur ki, dəvələrin müşayiəti ilə karvan gedən çöldəki təsvirləri lentə köçürmək üçün çəkiliş qrupu bu günlərdə Goranboy rayonuna yollanacaq.

Bir müddətdən sonra artıq hava şəraiti həmin kadrları çəkməyə imkan verməyə bilər.

Dəvə karvanı üçün yağışlar yox, quraqlığa bürünmüş çöllük gərəkdir.

Filmin daha bir-neçə kadrı İstanbulda çəkiləcək.

Onu çəkmək üçün isə çəkiləcək məkan artıq müəyyənləşib, amma bunu İstanbulda dərslər başlamamış gerçəkləşdirmək lazımdır.

Rayondan qayıdan çəkiliş qrupu birbaşa İstanbula yollanacaq. Ondan sonra artıq sentyabrın sonlarında filmin pavilyon çəkilişləri başlanacaq.

Filmdə rus şairləri M. Y. Lermontov və Bestujev-Marlinskinin də obrazları var.

Yaradıcı qrup həmin rolları oynamaq üçün Moskvadan iki aktyor dəvət etmək fikrindən tez bir zamanda yayınmalı olub.

Hər iki o qədər də tanınmayan aktyor hər çəkiliş günü üçün 8 min manat vəsait tələb ediblər.

Üstəgəl onların burda təşkil olunacaq yemək və qalmaq şəraiti.

Üzü astarından baha başa gəldiyini görən Mədəniyyət və Turizm nazirliyi də bu sevdadan vaz keçib.

Əvəzinə hər iki rolu Azərbaycanın özünün o qədər də tanınmayan aktyorları oynayacaq, hələlik onlar sınaq çəkilişlərindədir.

Mirzə Fətəli Axundovun özünü üç aktyor ifa edəcək.

Biri uşaqlığını, biri gəncliyini, digəri isə orta yaşdan sonra ömrünün axırına qədər olan vaxtı.

Uşaqlığını Bakılı məktəbli, gəncliyini aktyor Elşən Rüstəmov ifa edəcək.

Axundovun yaşlı vaxtını oynamaq Rasim Balayevə təklif olunub.

Aktyor səhhəti ilə bağlı müalicə aldığından hələlik təklifə bir cavab verə bilməyib.

Rejissor isə ondan başqasını bu rolda görə bilmədiyini deyir.

Ssenarisi yazıçı Anara məxsus filmin ekran həlli rejissor Ramiz Həsənoğluya həvalə olunub.

Filmin operatoru Kənan Məmmədovdur.

Ramilə QURBANLI
# 1917 dəfə oxunub

Oxşar xəbərlər

Hande Erçel və Barış Arduçdan yeni film: "Aşkı hatırla"

Hande Erçel və Barış Arduçdan yeni film: "Aşkı hatırla"

11:20 19 iyun 2025
Biləsuvarda kino günlərinə start verilir

Biləsuvarda kino günlərinə start verilir

15:16 18 iyun 2025
Tom Kruza fəxri mükafat  veriləcək

Tom Kruza fəxri mükafat veriləcək

14:53 18 iyun 2025
Məşhur aktrisa  "F1: The Movie"  filmindən niyə çıxarıldı?

Məşhur aktrisa "F1: The Movie" filmindən niyə çıxarıldı?

12:31 18 iyun 2025
"Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri"nə qəbul başa çatdı

"Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri"nə qəbul başa çatdı

18:01 17 iyun 2025
Uil Smitdən "İnception"  etirafı

Uil Smitdən "İnception" etirafı

15:08 16 iyun 2025
# # #