Erməni qızının düyməsi niyə açılmır? - ARAŞDIRMA
8 aprel 2011
15:48
Şifahi xalq yaradıcılığının bir qolu olan dastanlarımız arasında bu gün taleyinə müzakirə obyektinə çevrilmək yazılmış bir dastanımız var - “Əsli və Kərəm”. Onun müzakirə obyektinə çevrilməsi və əsasən ümumu bir məxrəcə gəlinmədiyindən dahi Üzeyir bəy Hacıbəyovun eyniadlı operası da səhnə üzünə həsrət qalıb. Kulis.az “Əsli və Kərəm” haqqında araşdırma aparıb
Təbii ki, Üzeyir bəy bu operanı erməniyə məhəbbətdən qələmə almayıb. “Əsli və Kərəm” operası 1912-ci ildə xalq dastanı əsasında dahi Üzeyir bəy Hacıbəyov tərəfindən yazıldı və elə həmin il də səhnəyə qoyulan opera ondan sonra dəfələrlə Opera və Balet teatrının səhnəsində oynanıb. 1989-cu ildə baş verən hadisədən sonra tamaşa bir daha Opera və Balet Teatrının səhnəsində görünməyib.
Tamaşa vaxtı böyük şairimiz Xəlil Rza Uluturk ayağa qalxıb bütün zalı tamaşanın bir daha göstərilməməsi üçün etiraz səslərini ucaltmağa səsləyib. Camaat da şairin ardınca gedib tamaşanın səhnədən çıxarılmasını tələb ediblər. O vaxtkı hadisələrin ehtirasları ilə çulğalanmış xalqa qarşı getməyin mənasız olduğunu anlayan Opera və Balet Teatrının rəhbərliyi onların dediyi kimi hərəkət etməyə məcbur olub.
Operamızın səhnəsində isə ən gözəl sənətkarlarımız Əslinin oduna yanıb. Nə yazıq ki, bu gün bəziləri xalqın bu müqəddəs xəzinəsini şübhə altına aldığından opera səhnəsi “Əsli və Kərəm” dastanı üçün qəribsəyib. Doğrudanmı, uzun illər ədəbiyyatımızın, operamızın şah əsəri sayılan “Əsli və Kərəm” dastanını və eyniadlı operanı çıxdaş etmək gərəkdir?
Bu gün folklorşünasların araşdırmalarından ortaya çıxan nəticəyə görə “Əsli və Kərəm” dastanı xalqın səsidir və Üzeyir bəyin qələmə aldığı opera səhnədən götürülməməlidir.
“Yanıq Kərəm” mahnısında rəqs elementləri var, deməli sevinc əks olunur
Folklorumuzun dastan bölümünün araşdırıçısı, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı bu gün “Əsli və Kərəm” dastanı ilə bağlı fikirlər birmənalı olmamasını deyir: “Daha çox ənənəvi olan fikir budur ki, dastan 16-17-ci yüzillikdə yazılıb. Araşdırmaçılar bu fikirdədirlər ki, Qara Keşiş albandır, erməni deyil, amma albanlar xristiandırlar. Bütün hallarda dastana erməni məsələsi kimi don geyindirmək düzgün deyil. Tarixi gerçəkliyi də danmaq olmaz. 14-cü yüzillikdə “Əsli və Kərəm” haqda heç bir qaynaqda məlumat yoxdur.
Odur ki, dastanı alban xristianlığına bağlamaq cəhdi əsassızdır. Dastan bir türk oğlunun erməni qızına olan sevgisindən, onunla bağlı iztirablarından və faciəli sonluqdan bəhs edir. Sovet dövründə dastan azad sevginin qarşısında bütün din və etiqadları lənətləyən kimi təqdim olunurdu, gənclərin məhəbbətinə bəraət verib, qovuşmamalarına yanıb tökülürdülər. Mən öz tədqiqatlarımda aşkar etmişəm ki, xalq onu göstərmək istəyir ki, bu qədər məhəbbətin qarşısında belə türkün erməni ilə izdivacı mümkün deyil.”
Yunanla olar, erməniylə yox
Məhərrəm Qasımlı xatırladır ki, “Əsli və Kərəm”dən başqa Azərbaycanın bütün məhəbbət dastanlarının sonunda qovuşuq var, hətta digər etniklərlə də qovuşuğun mümkünlüyünü verir. “Məsələn, “Dədə Qorqud”da oğuz Qanturalının yunan əsilli Selcan xatunu alması, Şah İsmayılın özünün ərəb mənşəli Ərəbzəngi ilə izdivacını göstərmək olar. Deməli, xalq yalnız erməni ilə izdivaca rəvac vermir.
“Aşıq Qərib” dastanında Qəribin sevgilisi ilə qovuşması üçün dastan təfəkkürü onu Xızırın atında məqamına çatdırır, xalqın təfəkkürü məgər bir köynəyin düymələrini açmağa qadir deyildimi? Bir daha sübut olunur ki, dastanı yaradan xalq özü hansı mövqedə dayanır. Əslində, Əslinin əyninə həmin qara tilsimli donu Qara Keşiş deyil, xalqın özü geyindirir. Yəni erməni ilə türkün izdivacına xalq, dastan təfəkkürü etiraz edir. Dastanın sonunda milli etnik təfəkkür Kərəmi cəzalandırır. Beləliklə, kədər içində olsa da xalq bu faciədən bir rahatlıq duyur.”
“Yanıq Kərəm” saz havası faciəvi deyil, ritmikdir
Folklorşünasın “Yanıq Kərəm” saz havasını da buna sübut kimi göstərir. “Mahnı dastanın həmin məqamına aiddir ki, Kərəm Əslinin düymələrini aça bilmir və alışıb yanır. Mahnının çox qəribə ritmi var, toylarda camaat həmin mahnıya oynayır, çox vaxt buna etiraz da edirlər ki, bəs, faciədən yaranmış mahnıya da oynamaq olar?
Musiqişünaslarla söhbətimdən bəlli olub ki, havanın özündə rəqs elementləri var, deməli, bu izdivacın baş tutmamasından bir məmnunluq duyulur, bu qovuşmazlıqda xalqın təskinlik tapması var, qələbəsi var. Dastan tam uydurma olmur, hansısa tarixi həqiqətdən yaranır, amma müəyyən bədiiləşmə ilə.
Sonluqda məzmunu belə başa düşmək daha düzgündür : Kərəm Əsliyə qovuşmamalı idi, əgər xalq onların qovuşmasını istəsəydi, bütün dastanlarda olduğu kimi sevgililər bir-birinə buta verilərdi. Axı buta vermək müqəddəslik əlamətidir, yəni sonu qovuşuqdur. Burdan da dastanı yaradanın fikri bəlli olur. Bu dastan bu gün operamızın səhnəsində qoyulmalıdır. Bir daha göstərməliyik ki, türk oğlunun erməni qızına aşiqliyi bax bu sonluqla bitir.”
“ Üzeyir bəyin operası ermənipərəst ola bilməz ”
Dövlət Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev bu fikirdədir: “Rəhbərlik səviyyəsində isə məsələyə yenidən baxıldığını deyir: “Üzeyir bəy Hacıbəyovun yazdığı opera ermənipərəst ruhda ola bilməz, orda Üzeyir bəy ermənini ifşa edir, onun içini açıb göstərir. Azərbaycan xalqına ayıq olmağı, erməni fitvasına getməməyi tövsiyə edir. Odur ki, biz operanı yeni quruluşda, təbii ki, Üzeyir bəyin operasının diktə etdiyi kimi səhnələşdirmək istərdik. Rəhbərliyin hansı qərarı verəcəyi hələ ki, bəlli deyil .”
Teatrın rəsmisi isə tamaşanı kompozisiya şəklində “Muğam festivalı ” çərçivəsində göstərmək təklifi dövlət tərəfindən verildiyini dedi: “Onu bütöv tamaşa kimi yenidən opera səhnəsinə gətirmək barədə bir göstəriş yoxdur.”
Göstəriş gözləyən teatr rəhbərliyinin nəzərinə dastana və operaya yanaşma dəyişib, artıq Sovet düşüncəsi deyil, dastan-xalq düşüncəsi ona çəkilir. Bəlkə, siz də Sovet dönəmindən qalan adətinizi-təklif gözləməyi - tərgidib təkliflə çıxış edəsiniz... Gəlin Üzeyir bəyin operasını olduğu kimi səhnəyə gətirək! Yoxsa, düşmən ona da sahib çıxar...
Ramilə Qurbanlı

2692 dəfə oxunub
Oxşar xəbərlər
Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub
15:00
23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?
10:00
23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024