LAYİHƏ: AKTYORUN QEYDLƏRİ
Son zamanlar sosial şəbəkələrdə product placement (gizli reklam) mütəxəssislərinin sayı gedərək artır.
Kinonu o qədər gözəl bilib, qavrayırlar, qalmışdı tək bu product placementi bilmək...
Onu da üç-dörd filmlə öyrənib kamillik səviyyəsinə çatdılar...
Əvvəllər dəbdə "vosmyorka"nın pozulması idisə, bu PP itələyib onu oturub yerində...
Qardaş, aktyorun oyunu, ikinci, üçüncü plan, daxili konflikt, xarici konflikt babat idi, hə?
“Vosmyorka” pozulmuşdu filan yerdə...
Hə, deməli bu bir qəpiklik film deyil, “vosmyorka” pozulubsa...
Müqəddəs “vosmyorka” unudulur yavaş-yavaş...
PP-ni düşünüb filmdə istifadə edənlərdən Allah razı olsun.
Verib əlinizə üç tuzu, siz də şellənib özünüzü kino bilicisi sayırsınız...
Film pis deyil, amma bu reklamlar lap şey elədiyeee!
Neylədi?
Şey elədi dəəə...
Qalan hər şey yaxşı idi, bilici?
Daxili konflikt zad?
Həri!
De gala həri!
Sadəcə mız qoymalısınız, vəssəlam!
Yəni siz, şey deyildiniz, amma bu filmin reklamı sizi şey elədi...
O baxdığınız kinoların o qədər problemləri var ki, amma inanın PP bəlkə ən son sıradadır...
Nə “vosmyorka”lar sınıb o filmlərdə...
Siz də, cənab prodüserlər, o kolbasanı bir az o yana çəkin.
Nə olub bəyəm?
Deyəndə ki, bu PP gizli olmalıdır, deyirlər, ataş, gizlilik 40 gün çəkireee...