Sən də müsibətsən - Kamran Ağabalayev yazır

Sən də müsibətsən - Kamran Ağabalayev yazır
15 mart 2017
# 15:25

LAYİHƏ: AKTYORUN QEYDLƏRİ

Gəl belə danışaq səninlə, inciklik olmasın...

Mən Vinsenti, Villemi, Vanı, Qoqu tanımaq məcburiyyətindəyəm? Uzağı bu dördünün arasından tanıyaram Vanla olanı. Van Dammdı nədi onu...

Gəl bir ekspressionizmdən danış.... Bir adamın ki, övladının adı ekspressionizmdi onun özü kim olacaq? Van Dammdı, Van Qoqdu kimdi, onu deyirəm...

Bir dəqiqə, ataş, bir dəqiqə...

Çaplini hara soxursan bura? Bu söhbətin Çaplinə nə dəxli var?

Bir adama ki, Oskarı "kinematoqrafiyanı incəsənətin sütunlarından biri etmək üçün göstərdiyi çabalara görə" veribləraaa mən onu tanımalıyam?

Denən ki, Club Çarli deyim həri, denən “Çarlinin mələkləri” deyim ok, çünki o filmdə qızların babat fiqurası var, yoxsa Ser Çarlz Spenser Çaplin...

Cayıllığın olsun, o kimdi alə?!

Kimsə 1900-da oturub metod fikirləşib, adını da qoyub inanmıram ki inanmıram, atam, o kişi inanmayandan sonra mən inanmalıyam?!

Bu adam dayan nəydi adı Kostya hə, Kostya Smoktunoskiy, yo Stanislavskiy, hə...

Bu adam özü uverennıy deyil metoduna, elə deyir inanmıram, yəni bu kişi özünü tanımır, mən niyə tanıyım onu?!

Sən də müsibətsən e, bir söz deyirsən sonra soxub gedirsəneee...

Bəlkə Strasberqi də tanımalıyam? Çabbakı da? Mayzneri də?

Sən işində ol, mənim bu günə Aygün city-də imza günüm var.

Di salamat!

# 2524 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #