Stiven Kinqin "Kujo" romanı əsasında film çəkilir

Stiven Kinqin "Kujo" romanı əsasında film çəkilir
12 mart 2025
# 16:20

Netflix Stiven Kinqin 1981-ci ildə yazdığı məşhur " Kujo" romanına film çəkir.

Kulis.az xəbər verir ki, romanda quduz yarasanın dişləməsindən sonra vəhşiləşən itin yaratdığı dəhşət hekayəsindən bəhs edilir. Ən diqqətçəkən məqam hadisələrə təkcə insanların yox, həm də quduz itin gözüylə baxılmasıdır.

Qeyd edək ki, roman əsasında 1983-cü ildə də eyniadlı film çəkilmiş və bu qorxu filmi birmənalı qarşılanmasa da kitabı qədər məşhurlaşa bilmişdi.

# 269 dəfə oxunub

Müəllifin son yazıları

# # #