“Cəhənnəm”
14 may tarixində tanınmış yazıçı Den Braunun yeni kitabı olan “Cəhənnəm” (“İnferno”) eyni zamanda bütün dünyada olan kitab mağazalarında öz yerini aldı.
Ən çox satan müasir yazarlardan biri olan kimi tanınan Braunun bu əsəri də çap edilməsinin üzərindən 24 gün keçməsinə baxmayaraq artıq kitab bir çox dünya ölkələrində kitab satış siyahılarında ilk 3-ə daxil olub.
Tərcümə prosesi
Den Braunun əsərinin tərcümə prosesi bütün dünyanı şoka saldı. Ölkələrindən yüzlərlə kilometr uzaqda İngiltərədə 2 xüsusi sığınacagqda xüsusi tərcümə qrupları eyni anda kitabı tərcümə etməyə başladı. Tərcüməçilər pəncərəsiz otaqlarda fləş kartsız, “USB” girişləri olmayan kompüterlərlə təchiz edilmiş otaqlarda dayanmadan gecə-gündüz kitabı dünyanın fərqli dillərinə tərcümə etdilər. Türkiyədən də 2 tərcüməçi bu qrupda öz yerlərini tapıb.
Dantenin “İlahi komedyia”sı, yoxsa Den Braunun “Cəhənnəm”i
Böyük italyan yazarı Dantenin “İlahi komediya”sını oxumayanlar Den Braunun “Cəhənnəm”i ilə Dante ilə də tanış olacaqlar. Emili Brontenin “Uğultulu təpələr”ini oxumayan gənc oxucular da Stefan Mayerin “Alatoran” seriyası sayəsində bu əsərlə tanış olmuşdular. Den Braunun “Cəhənnəm”i də Danteni gənc, yeni nəsil oxuculara çatdıracaq.
Braunun “Rəqəmsal qala” , “Xəyanət nöqtəsi” romanları texnoloji əhvalatları oxuculara çatdırırdı. ”Da Vinçi şifrəsi” isə işin sənət baxımından açıqlamasını çatdırır.
Son roman “Cəhənnəm” isə Danteni və əsərini anlamaq üçün həlli axtarılan şifrələrdən əlavə Dantenin “Cəhənnəm”indən təsirlənən pis adamı izləməklə, ipuclarını axtarmaqla davam edir. Əgər belə olmasaydı çox böyük gümanla əsərin adı “Dantenin Şifrəsi” adlanacaqdı. Yazar özü belə müsahibələrində romana ad seçmək məsələsində çox çətinlik çəkdiyini bildirib.
Hər nə qədər Dan Braunun axıcı üslubu, insanları həyəcanlandırmaq istedadı olsa belə bu romanı “Da Vinçi Şifrəsi” qədər uğurlu olmayacaqdır.
Cəhənnəm başlayır
Əsərin başlaması ilə oxucu özünü həyəcanın ortasında tapır. Beyin silkələnməsindən otel otağında oyanan qəhrəman özünə gəlməmiş silahlı sui-qəsdə uğrayır. Bu sui-qəsddən xilas olandan sonra başlayan hadisələr yüksələn xətt üzrə davam edir. Yazıçı şəxsi məsələlər fonunda dünyəvi problemlərə də sətiraltı toxunur. Dünya əhalisinin çoxalan artımına baxmayaraq təbii ehtiyatların azalmasını oxucularına çatdırmağa çalışır, bu çoxu üçün yeni məlumat deyil, ancaq Dante heyranı birinə bunun necə təsir etməsini əsərin sonrakı səhifələrində görə bilərik.
Braun bundan əvvəlki kitabında olduğu kimi bu dəfə də “transhumanizm” adlı bir qavramla qarşımıza gəlir. Ancaq bu dəfə masonluq, gizli şifrələr yoxdur.
Braun hər zaman olduğu kimi bütün dünyanı maraqlandıracaq bir əsər yazmaq istəyib. İnsan oğlunun bütün gələcəyini düşündürəcək hadisələri öz proqnozları ilə fantastik bir əsər yazmağa çalışıb.
Yazarın bundan əvvəlki romanlarında Paris, Roma, Vaşinqton kimi turistlərin diqqətini cəlb edən şəhərləri daha da diqqət mərkəzinə çəkmişdi. Bu romanda isə yazar belə desək Venesiya, Florensiya və İstanbula maya qoyub.
Romandakı hadisələrin böyük hissəsi İtaliyada olmasına baxmayaraq final hissəsi İstanbulda olduğundan oxuyucunun axtardığı cəhənnəmin İstanbul olması insanları daha çox maraqlandırır. Əsərdə adı çəkilən Ayasofiya məcsidi və Yerəbatan ovdanları bu romanı oxuyan oxucuların yenidən baş çəkəcəyi məkanlar ola bilər. Təəccüblü deyil ki, Türkiyə Turizm Nazirliyi də romandan sonra ölkəyə xüsusən də İstanbulun tarixi məkanlarına daha çox ziyarətçi gələcəyini gözlədiklərini bildirib.
Əsərin içində qarşımıza çıxan sualları oxuyub o suallara cavab axtarmaq və cavabsızlıq çətinliyi ilə üz-üzə qalmaq Den Braunun peşəkar oxucuları üçün normal bir haldır.
Cəhənnəm yarıda qalır...
Əsərin baş qəhrəmanı Landqon isə soyuqqanlılıqla bütün sualların üzərinə gedir, oxucuları həyəcanlandırır. Ancaq ən əsas problemlərdən biri isə çox rahat şəkildə davam etməli yerdə romanı bitməsidir. Bütün tənqidçilərin fikrinə görə əsər yarımçıq bitir, qəhrəman Landqon isə “hər şey çox yaxşıdır” deyərək oxucunun içini rahatladır və romanı bitirir.
Romanı oxuyub bitirdikdən sonra isə oxucunu bir sual düşündürür: Da Vinçi və Dante kimi tarixi qəhrəmanlardan sonra Den Braun daha kimi kitab halına salıb bütün dünyaya “sataraq” oxutduracaq? Bundan sonra hansı şəhərlər romanda hadisələrin yaşanacağı məkanlara ev sahibliyi edəcək? Və yaxud dünyanın bütün sirlərini oxuyandan sonra ədəbiyyata marağımız ölməyəcək ki?
Hər halda bunu yaşayıb görərik, çünki Den Braunun “Cəhənnəm”i hələ bitməyib...