Aydın Mirzəzadənin kitabı

Aydın Mirzəzadənin kitabı
25 may 2011
# 15:41
“Kulis”in kitab projesinin sonuncu qonağı deputat Aydın Mirzəzadə olub.

Aydın müəllim bir daha sübut edib ki, Azərbaycanda siyasətçilərin əksəriyyəti kitab oxumurlar.

Kitabdan uzaqdırlar.

Ən azı ona görə ki müsahibə boyu cənab Mirzəzadə bir dənə də olsun ciddi kitab adı çəkmir.

“Heç kitab oğurladınızımı” sualına Aydın Mirzəzadənin cavabı belə olub: “İstənilən oğurluğun, o cümlədən də kitab oğurluğunun qəti əleyhinəyəm”.

Halbuki belə fikir var ki, kitab oğurluğu oğurluq sayılmır.

Ondan əvvəl bu layihənin qonağı olanların hamısı kitab
oğurladıqlarını demişdilər.

Şəxsən mən də uşaqlığımda çox kitab oğurlamışam.

Adam oxumaq istəyirsə, kitabı oğurlayar.

Oxumaq istəmirsə, kitabın yanından düz ötüb keçəcək.

Aydın Mirzəzadənin ciddi kitab oxuyan olmadığı başqa cavablarda da özünü göstərir.

Məsələn, o deyir ki, kitab oxuyarkən qeydlər etmir, kitabdakı cümlələrin altıdan xətt çəkmir.

Əslində, çox kitab oxuyan adamlar mütləq müəyyən qeydlər edir.
Yoldaş Mirzəzadə deyir ki, Drayzerin “Kerri bacı” əsərini birnəfəsə oxuyub. Özü də 550 səhifəni.

Kiçicik araşdırma apardıq.

Bəlli oldu ki, bu kitab 500 səhifədən azdır.

Nəsə...

Konfetə and içən

Paşa Qəlbinur:
Şair. Okulist. Oftalmoloq. AYB üzvü. Tibb elmləri doktoru.

Bir az da uzatmaq olar. Ancaq nə mənası var?

Şair kimi Paşa Qəlbinurun bir normal şeirini görməmişik.

Özüm-özümə “bəlkə, yanılıram?” - dedim. Tapdım doktorun “Ağlıma gələnlər, başıma gələnlər” kitabını. Vərəqlədim. İçindən bir şey çıxmadı. Amma şeir çıxmalıydı.

Gözdən başım çıxmır. Şükür Allaha, indiyə kimi göz həkiminə yolum düşməyib. Ancaq qohumdan, dostdan-tanışdan eşitmişəm ki, Paşa müəllim elə də uğurlu göz həkimi deyil.

Sağlıq olsun, Tanrı yolumuzu onun qapısına salmasın. Mən gözsüz qalmağı heç istəməzdim.

Paşa müəllim Milli Kitab Mükafatına əsər təqdim edib. Onluğa da düşüb. Bu günlərdə kimin birinci olacağı bəlli olacaq. Amma deyilənə görə, Paşa müəllim hələ ilk seçim mərhələsində zəng vurub ekspertlərə özünü tapşırtdırıb.

Olan şeydir. Başa düşüləndir. Yaşlı adamdır. Gözdə uğur qazanmayıb, şeir yazıb. Şeirdə uğur qazanmayıb, nəsrə keçib. İstəyir bir mükafat alsın. Amma Paşa müəllim konfetə and içir ki, belə şey etməyib.

Ancaq onun gənc yazar Mirmehdi Ağaoğlunun üstünə getməsi bir gənc kimi məni sinirləndirir. Paşa Qəlbinur deyir ki, Mirmehdini tanımır. Bu, Mirmehdinin günahı yox, məhz Paşa Qəlbinurun günahıdır. Əgər bir-iki ədəbiyyat qəzeti, jurnalı oxusaydı Mirmehdini tanıyardı.

Onun istedadla yazılmış hekayələri ilə tanış olardı.

Paşa Qəlbinur deyir ki, Mirmehdinin MKM-ə təqdim olunmuş əsərini oxuyub. Mirmehdinin o əsəri çap olunmayıb. Görünür, cənab Qəlbinur bunu da oxumayıb. Sadəcə, özünü oxumuş adam kimi göstərir.

Paşa müəllim öz əsəri haqda çox yüksək fikirdədir. Əsəri oxumamışam. Heç bir fikrim yoxdur. Amma öz əsəri haqda “nəsrimizdə hadisədir və yüz ildə olan şeydir” deyirsə...

Bu əsəri “daha mötəbər yarışmalara təqdim edəcəm” (Azərbaycanda bundan daha mötəbər yarışma yoxdur - E.H.) deyirsə... Mənim bu əsər haqda şübhələrim yaranmağa başlayır.
# 1804 dəfə oxunub

Müəllifin son yazıları

# # #