Qəhvəyi şeir

Qəhvəyi şeir
5 avqust 2013
# 12:03

Kulis.Az Əli Novruzovun şeirini təqdim edir.

L.-yə

Çəkdi gözlərini
uzaqdan boylanan
Sienanın siluetindən,
baxdı bağçasının
qoca ağaclarına,
qoca ağacların
əsl şərablıq
tünd mantarlarına,
bağçanın çılpaq torpağına
və orada-burada
torpağın ayıbını örtən
xəzəllərə –
vaxtsız payızın qurbanlarına…
– Sizə nə gətirim, Miss Braun?
– Qəhvə, zəhmət olmasa…
amma tünd, Moro!
Südsüz və şəkərsiz…

Şeir Əli Novruzovun şəxsi bloqundan götürülüb.

# 2516 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #