Niyə yatmırsan?
Yuxum gəlmir
Hardadı?
Məndən çox uzaqlarda
Bəs sən, hardasan indi?
Sənə yaxınam, yuxumu aparan qadın…
Yuxun məndə, mən yaxında, o uzaqda?
Yuxum səndə, sən yaxında, o uzaqda…
Necə olur?
Əslində gecələrim belə olur
Gündüzlərin kimdə olur?
Özümdə…
Hansını çox sevirsən?
Mənə yaxın olanı, yuxumu aparanı…
Yuxun səni aparmır?
Sən olmayan yerlərə…
O zaman get, dayanma, mən olmayan yerlərə
Gedib dayanammıram…
Dayanmağı bacarmaz, dayananı tanımaz
Onda da yuxusuz yox sənsiz oluram gülüm
Hə, yayınaq mövzudan, Yuxuya dözmək olmur
Onda adın yuxudur, mənə də yuxusuz de…
Yatsan yaxın olarsan
Yuxular nağıl olur
Mən nağıla bənzədim?
Nağıl sənə bənzədi…
Mən bənzərsiz BİRİyəm
Bax mən indi anladım
Sən BİRİ, mən də heçəm
Bəlkə cəhd eləmirsən?
Cəhdim gətirmir gülüm, bəxtim kimi deyəsən…
Mən gözlədim həmişə cəhddən gələn bəxtimi…
Günah bəxtində deyil, Cəhdimin günahıdır
Gəl, günahkar axtarma
Günah mənim adımdır, adımdan keçim gərək
Mən günahı sevmişəm…Bəs mənim adım nədir ?
Sənin adın həyatdır, DƏNİZƏ baxan AYIM …