Onda qar yağmamışdı – Esmira Məhiqızı yazır...

Onda qar yağmamışdı – Esmira Məhiqızı yazır...
26 fevral 2019
# 15:12

İstisudan qayıdanda Xocalıya, Səltənət mamamgilə döndük. Üç-dörd yaşım olardı. Yadımda qalan meşəlik nənəmin nağıllarını xatırladırdı. Maraqla sıx ağacların arasından nəsə axtarırdım. Bəlkə, Cırtdanı, bəlkə nənəmin nağıl qəhrəmanlarını...

Sonralar Xocalı səfərlərində, o qalın meşənin məndə yaratdığı ilk təəssüratla, duyğularla, bilmirəm nəsə başqa ab-havayla uzaqlara gedirdim, lap uzaqlara, uşaqlığıma... Üç-dörd yaşıma, hamılı günlərimə.


Onda qar yağmamışdı, hər yan yaşılıydı, biz xoşbəxt idik, biz var idik... Torpaqlarımız satılmamışdı, Ağdam bizim idi, Şuşa nənəmin idi, Xocalı Etibarın idi, Çiçəyin idi...


İndi heç nəyimiz yoxdu.

Şuşa yox, Ağdam yox, İstusu yox, Xocalının adı gələndə…

Dəhşətdir!

Daha İstisudan gəlmirik…

Xocalıya dönmürük…

Ağdamdan keçmirik…

Şuşaya getmirik…

Oralarda o qədər izlərimiz, xatirələrimiz, gözəl günlərimiz qalıb ki, hey oralara sarı can atırıq, amma bağlandığımız zənciri qopara bilmirik.


Onda... qarın yağmasına necə sevinərdik, necə, necə gözəl yumalanardıq qarda, qartopu oynayardıq, sevinərdik, gülərdik.

İndi qar yağanda durub qara səslənirəm:

- Eey qar, buralar Xocalı deyil!

Qarın nə vecinə mən nə deyirəm? Deyir, yəqin dəlidir bu. Yağır, yağır, yağır... Umudumun üstünə yağır...

Umud balaca quşuydu, onda..

Qanadlarından vurdular.

Ayrılıqlar yaralarına duz basdıqca

Uçmaq həvəsi gözlərində öldü

Əvvəllər elə bilirdim, umud sabahdı, gələcək. İndi dəqiq bilirəm ki, umud orda qalıb. Biz İstisudan gələndə keçdiyimiz o qalın meşənin aralığında.


Və o aralığa həmişə qarlayacaq.


Mən burdan, bu uzaq şəhərdən durub o qara baxıram, baxıram... Mən qara baxıram...

Bilirsən, Rəsi, qara baxanda gözlərim üşüyür!

# 3494 dəfə oxunub

Oxşar xəbərlər

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

"İlhamın belə roman yazacağını qətiyyən gözləmirdim" - Seymur Baycan

12:49 25 mart 2026
"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

"Sözün devalvasiyaya uğradığı çağdaş dövrdə..." - Rafiq Həşimov

14:00 24 mart 2026
"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." -  İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

"Şəxsi münasibətlərin ədəbiyyata dəxli olmamalıdır..." - İsa İsmayılzadə ilə Ələkbər Salahzadəni nə birləşdirirdi?

12:00 24 mart 2026
İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

İşıqlı və “iynəli” şeirlər haqqında düşüncələr - Sona Vəliyeva

12:13 23 mart 2026
Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

Sakrallıq və aldanışların vəhdətində - "Dəccal" - Elnarə Akimova

11:40 23 mart 2026
"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər