Əjdər Olun kitabı Moskvanın nüfuzlu nəşriyyatında çap edildi

Əjdər Olun kitabı Moskvanın nüfuzlu nəşriyyatında çap edildi
19 iyul 2016
# 12:01

Tanınmış yazıçı və şair Ədər Olun “Canlı lətifələr, əhvəlatlar, deyimlər” kitabı “Крылатые слова, изречения, эпизоды из жизни наших знаменитых и рядовых современников/ Məşhur və sıravi müasirlərimizin həyatından qanadlı sözlər, deyimlər, əhvalatlar ” adı ilə Moskvanın məşhur “Xudojestvennaya literatura” nəşriyyatında işıq üzü görüb.

Kulis.Azın xəbərinə görə, kitabı rus dilinə çevirən və “Tərcüməçidən” başlıqlı ön sözün müəllifi, əməkdar incəsənət xadimi, qocaman tərcüməçi Siyavuş Məmmədzadədir. Eyni zamanda müəllifin “Kitaba dəvət” adlı kiçik yazısı da yer alıb nəşrdə.

256 səhifəlik, qalın üzlü və nəfis poliqrafiya ilə çap edilən kitab nəşrə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən hazırlanıb. Nəşrin məsləhətçisi Səlim Babullaoğlu, redaktoru N. Jilsova,nəşrə məsul N. Bazanova, dizayn və bədii tərtibatçı isə Q. Kotlyarovadır.

“İştirakçı qismində xalqdır” epiqraflı “Tərcüməçidən” yazısında Siyavuş Məmmədzadə yazır: “ Qanadlı sözlər, deyimlər, əhvalatlar yazılmış üz qabığına ötəri nəzər salanlara ilk baxışdan elə gələ bilər ki, bu kitab yalnız əylndirmək üçün nəzərdə tutulan bir oxu vasitəsi, kitabdır. Amma burdakı gülüş, təbəssüm saçan yumor dolu hadisələr oxucunu heç də yalnız güldürmək, şənləndimrək və əyləndirmək məqsədi güdümr. İstedadlı və itigözlü müəllifin uzun illər ərzində apardığı qeydlərdə başqalarından eşitdiyi və bilavasitə gördüyü, şahidi olduğu elə hadisələr həkk olunub ki, rəngarəngliyinə, əlvanlığına rəğmən milli varlığı , varolmanı sanki bənd-bənd faş edən ciddi,dəruni əsəb hüceyrəsini gizlədir özündə...”

Nəşrin məsləhətçisi, Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlunun fikrincə kitabın Moskvada nəşri Azərbaycan ədəbiyyatı adına ciddi uğurdur : “Rus nəşrinin olması olduqca sevindiricidir. Bu kitab daha əvvəl Türkiyədə də nəşr edilmiş və böyük oxucu marağına səbəb olmuşdu. İndi isə rus nəşri baş tutdu. Rus aduitoriyası fikrimcə kitabı maraqla qarşılayacaq. Çünki bu auditoriya Faina Ranevskayanın, Arkadi Raykinin və onlarla başqalarının dillər əzbəri olan “bədii zarafat”ları ilə tanışdır.Düşünürəm ki, Əjdər Oun kitabı Moskva mühitində yetərincə uğurla qarşılanacaq, oxucu marağına səbəb olacaq. Çünki Əjdər Ol nasir kimi, hekayə ustası kimi çağdaş ədəbiyyatımızın əvəzolunmaz ismidir. O “portret- hekayə” janrının banisidir milli ədəbiyyatımızda və əslində mən Əjdər Olun bu kitabını onun bənzərsiz portret hekayəçiliyini doğurmuş fenomen hesab edirəm. “Kitaba dəvət” yazısında müəllif bu kitabını bitmiş hesab eləmir. Elə mən də istəməzdim ki, nə bu əhvalatlar, nə də hekayələr bitsin, əksinə istərdim ki, Əjdər Ol bu əhvalatları həmişə yazsın...”

# 1773 dəfə oxunub

Oxşar xəbərlər

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

15:47 19 sentyabr 2025
"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

14:55 19 sentyabr 2025
Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

13:45 19 sentyabr 2025
Məşhur müğənniyə cinayət işi açıldı

Məşhur müğənniyə cinayət işi açıldı

10:54 19 sentyabr 2025
"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

14:00 18 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər