Köməyə gəlin - İlqar Rəsulun hekayəsi

Köməyə gəlin - İlqar Rəsulun hekayəsi
30 yanvar 2017
# 11:56

Kulis.az İlqar Rəsulun “Köməyə gəlin” hekayəsini təqdim edir.

Heç vaxt heç kimə kömək etməzdi. Birinin dara düşdüyünü eşidəndə - "nəyimə lazımdı" - deyərdi - "ağlı olaydı, burnunu hər yerə soxmayaydı".

Yıxılanın qolundan tutub qaldırmaq əvəzinə kənardan baxıb zövq alardı. Küçədə bir hadisə - avtomobil qəzası, yanğın, dava - dalaş görəndə, eyvandan həvəslə baxar, bəzən sevincək evə səslənib oğlunu çağırar, - "telefonunu gətir çək" - deyərdi.

Oğlu da əlində nə işi varsa - hətta yeməyini də - yarımçıq saxlayıb, həvəslə özünü eyvana atar, hadisəni çəkər, sonra ata-bala oturub maraqla tamaşa edərdilər. Bir axşam işdən qayıdanda maşın yoldan çıxıb çökəyə aşdı. Özünə gələndə gördü ki, qapının dəmiri qatlanıb arteriyasını kəsib, qanı axır. Ətrafa baxdı, heç kim yox idi. İstədi köməyə çağırsın, qışqıra bilmədi. Həyəcandan nitqi tutulmuşdu. Öz içində - "köməyə gəlin, ay Allah yardım et!" - deyib nalə çəkdi. Çətinliklə əlini uzadıb ayağını sıxdı ki, qanı axıb qurtarmasın. Zəif düşdüyündən qolunda güc qalmamışdı. Qan əvvəlki kimi olmasa da, axırdı. Birdən səs eşitdi. Gözlərinə işıq gəldi. Başını azca yana əyib yola tərəf baxdı. "Hə, gələn var, Allah səsəmi eşitdi!" - deyib ümidləndi.

Bir cavan oğlan uzaqdan qaçaraq yol kənarındakı çökəkdə tərsinə çevrilib tanınmaz hala düşmüş maşına sarı gəlirdi.

- Tez ol, qardaş, tez ol, bala, səni mənə Allah yetirib! - içində haray saldı.

Oğlan gəlib yaxınlıqdakı daşın üstünə çıxdı. Boylanıb ətrafa baxdı, heç kim yox idi. Arxayınlaşıb cibindən telefonunu çıxartdı, həvəslə videokamerasını işə salaraq tüstüləyən maşının partlayacağı anı gözləməyə başladı...

# 5592 dəfə oxunub

Oxşar xəbərlər

İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

14:10 13 may 2026
Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

15:54 12 may 2026
"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

12:00 12 may 2026
Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

12:05 10 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər