Məşhur şair ilk dəfə orijinal tərcüməsiylə dilimizdə

Məşhur şair ilk dəfə orijinal tərcüməsiylə dilimizdə
25 iyul 2013
# 11:33

Dağ

Dağa dik cığırla,

dayanmadan, çətinliklə qalxırdım.

Mənimlə birgəydilər

sevgim, Eros, bir də Qoca Zaman.

Sevgi yorulub yaman,

Yol çox keşməkeşlidir.

Çaparaq gedir zaman

Eros da çox tələsir.

Dayan, - dedim, - əziz Eros

Sən də qaçmağı saxla, Zaman,

Tikanlı yollarda getmək çox çətin

Artıq gücü qalmayıb

Mənim yoldaşım - Sevginin.

Dua

Bir dənizçini öz girdabına çəkdi dəniz.

Dənizçinin anası bundan xəbərsiz,

Məryəm ana ikonası önündə

Oğlunun geri dönməsi

və havanın yaxşı keçməsi üçün

uzun şam yandırıb dua edir.

Qulağı səsdə olan ikona

oğlunun geri dönməyəcəyini bilərək

kədərlə qulaq asır ananın dualarına.

Çoxdan

Danışmaq istəyirəm bir xatirəni...

Ancaq, bir şey qalmayıbmış kimi

Hər şey qarışıq və dumanlıdır...

Bu, baş verib lap çoxdan

Mən yeniyetmə idim o zaman.

Yasəmən ətri qoxuyan dəri...

Həmin avqustda – məgər avqust idimi? – o axşam...

Mən yalnız gözləri xatırlayıram

Mənə elə gəlir ki, onlar bənövşəyi idi...

Ah, hə, yaquta oxşar bənövşəyi idi.

Divarlar

Düşüncəsiz, qəddarlıqla, utanmadan,

Ətrafımda divarlar tikdilər uca və böyük

İndi heç nə düşünmədən burda oturmuşam

Uğursuzluğum özümü gəmirir, ümidlərim sönük.

Divarların o tayında etmədiyim çox işlərim var

Ah, nədən fikir vermədim ucalanda bu divarlar?

Çünki, heç ustaların səsini belə eşitmirdim mən

Hiss olunmadan məni təcrid etdilər dünyadan onlar

# 3205 dəfə oxunub

Oxşar xəbərlər

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

14:00 27 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

"Sevinc Çılğın bu şansı qaçırtdı" - Hekayə müzakirəsi

15:00 24 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
"Xatirə və gerçəklik arasında incə  sərhəd..."  - "Torpağın ruhu" oxucuya nə deyir?

"Xatirə və gerçəklik arasında incə sərhəd..." - "Torpağın ruhu" oxucuya nə deyir?

18:45 23 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər