Azərbaycanın istedadlı yazıçısı Şərif Ağın Yazıçılar Birliyinin üzvlüyündən çıxarılmasına etiraz edərək qurumdan istefa verənlərin sayı 7-yə çatıb. “Qafqazinfo” xəbər verir ki, son iki gün ərzində AYB-ni tərk edənlər sırasına Qismət, Ayxan Ayvaz, Mövlud Mövlud, Babək Göyüş, Aysel Əlizadə, Rəbiqə Nazimqızı, Elnaz Eyvazlı qoşulub. Məlumatlara görə, qurumdan istefalar bu günlərdə davam edəcək.
Adıçəkilən gənclərin AYB-yə üzv olmasına vasitəçilik etmiş qurumun gənclər üzrə katibi Rəşad Məcid yaranmış situasiyanı “Qafqazinfo”ya belə şərh edib: “Bir Qismət gedəcək, üç Qismət gələcək. Beş Rəbiqə gedəcək, yeddi Rəbiqə gələcək. Mən gənclərin tanınması üçün əlimdən gələni edirəm. Ancaq hesab edirəm ki, burada müəyyən səhv var. Təqaüdlər bəzi gənclərə təkrar verilməlidir. Çünki onların əksəriyyəti quruma təqaüdə görə gəliblər. Rəşad Məcid fabrik deyil ki, hər gün yazıçı istehsal etsin. Onların da yerinə yeni gənclər gələcəklər. Sonra həmin gənclər də gedib başqa-başqa saytlarda, media qurumlarında işləyəcəklər, başqa hava çalacaqlar. Bütün bunlar təbiidir. Necə deyərlər biz pərvazlandırıb uçurduruq. Uşaq vaxtı mən ağ quşlar saxlayırdım. Onları uçurdub göydə mayallaq vurmağına baxıb zövq alırdım. İndi də bu uşaqların vurduğu mayallaqlara baxıb zövq alıram”.
Rəşad Məcid: "Fabrik deyiləm"
Oxşar xəbərlər
Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli
15:00
10 yanvar 2026
"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?
12:00
7 yanvar 2026
"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?
15:00
5 yanvar 2026
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?
12:00
28 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?
17:00
22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?
15:00
22 dekabr 2025