Sənin bədəninə bələdçi olmaqdır sevgi -  YENİ ŞEİRLƏR

Sənin bədəninə bələdçi olmaqdır sevgi -  <span style="color:red;">YENİ ŞEİRLƏR
14 sentyabr 2017
# 17:15

Kulis.Az İtaliyada yaşayan Azərbaycanlı rejissor Nihad İsanın şeirlərini təqdim edir.

Yalanı pencək tək geyən doğrular


Bilirsən ulduzlu səmanı
mən niyə sevdim?
Hər ulduz vücudun bir zərrəsidir.
Göylərdə sayrışan, qaçışan ulduz,
məhz sənin,
arzunun bir kəlməsidir.

Bilirsən ulduzlu səmanı
mən niyə sevdim?
Samovar dəmləyib, oturmaq üçün.
Çırpının üstümə kömürlər düzüb,
atəşin nurunu izləyib, sezib,
ona sözlərimi çatdırmaq üçün.
hər sözü yandırıb alışdıraraq,
incəldib, köksünə batırmaq üçün.

Bilirsən,
ulduzlu səmada ağrı da itir.
Adam ağrılardan dincini alır.
Yalanı pencək tək geymiş doğrular
yorur ruhumuzu, sanki öc alır.
Soyunub ara bir düşüncələrdə,
yapışır nəfəsdən, hər gün güc alır.

Bilirsən,
üzümü göyə tutanda ,
nəfəsim səmaya tabe olanda
yox olur yalan da,
doğru da itir.

Bilirsən,
ulduzlu səmada ağrı da itir.
İnsan ağrılardan dincini alır.

Tərcüman

Sevgini tərcümə etməkdir sevmək.
Ətlə sümük arasından sözləri seçib,
pıçıldamaqdır.
Bədəninə düzgün bələdçi olmaqdır,
onun fəzasında uçmaqdır
səhər, axşam
...

Ölümü qarşılarkən,
qorxuları dualara tərcümə etməkdir
ən pak ibadət.
Titrətməkdir təbəssümü,
əzizləməkdir bütün qorxuları.
Təki səndən uzaq olsunlar.

Bəzən tələsdirməkdir,
ən son günü çağırmaqdır.

Ətlə sümük arasında var gəl edən
bir tərcümandır
ruh.

Paltonun altında əzilən yuxu

Yadların torpağında,
bir soyuq məmləkətdə
hər şeydən bezmiş kimi
yatırsan.

Qaşlarının çatı qalıb.
Təəccübün nədəndir?

Sanki, birər-birər
sən yuxunda açırsan,
ömrün neçə qatı qalıb.

Müharibə gedən ölkə
səni qovub uzağa.

Bir tikə çörək dərdi
səni salıb tuzağa.

Başında dünya yükü,
başın da çiyninə yük.
Zavallı qız, geydiyin
Palto da əyninə yük.

Əllərin qabarından
bəlli, zəhmət sevənsən.
Bəlkə sevənin yoxdur?
Sənsə, əlbət sevənsən.

Sevməkdən yorğun düşüb,
yatırsan ...
yadların torpağında,
bir soyuq məmləkətdə.

Bir narahat qoltuqda
başın dəyir çiyninə.
Qaşlarının çatı qalıb
çözülməmiş...
Sən hələ yatmamısan,
yuxun da yozulmamış ...

cibdə para olsa əgər

Bağu bostan verər bəhər, cibdə para olsa əgər.
Gedib eylə bağı səfər, cibdə para olsa əgər.

Sən ey Məcnun, nə görmüsən səhralarda, yetər artıq!
Gəl səhranı eylə şəhər, cibdə para olsa əgər.

Ağlamısan gecə gündüz, Leyla deyib hönkürmüsən.
Bəlkə duyar, Leyla gələr, cibdə para olsa əgər.

Baş açmadım bu dünyanın işlərindən, anlamadım.
Qarışqalar fillər əzər cibdə para olsa əgər.

Dedilər ehtiyac yoxdur üzdə saqqal saxlamağa.
Dəxi onsuz sözün keçər cibdə para olsa əgər.

Adım İsa, özüm şair, yazdım qəzəl pula dair,
Bəlkə yazmazdım bu qədər cibdə para olsa əgər.

# 2830 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər