Kitab sərgisi

“Azərbaycan ədəbiyyatı antologiyası” qazax dilində

“Azərbaycan ədəbiyyatı antologiyası” qazax dilində
2 mart 2018
# 15:32

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubiley tədbirləri çərçivəsində Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən ilk dəfə qazax dilində Cümhuriyyətlə bağlı ətraflı məlumatlar, faktlar və sənədlərin toplandığı yeni bir kitabı çapa hazırlanır.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstanın Astana şəhərində keçirdiyi mətbuat konfransında TWESCO prezidenti Darxan Kıdırali məlumat verib.

Akademiya rəhbərinin sözlərinə görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər dövlətlərdən nüfuzlu alimlərin məqalələrinin də yer aldığı kitabda AXC-nin o dövrdə Mərkəzi Asiyada mövcud olan muxtariyyətlərlə, o cümlədən Türküstan Milli Muxtariyyəti və Alaş Orda dövləti ilə əlaqələrinə də yer veriləcək.

D. Kıdırali qeyd edib ki, qazax dilində indiyədək AXC ilə bağlı dolğun məlumatların əks olunduğu bir mənbə yox idi. Ona görə də prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi əsas götürülərək, bu sahədə olan mövcud boşluğun doldurulması üçün belə bir kitabın hazırlanmasına qərar verilib.

Bu sırada Azərbaycan alimlərinin iştirakı ilə Astanada Cümhuriyyətin 100 ilinə həsr olunan seminar da təşkil olunacaq və iyunun 18-də Qazaxıstanda keçiriləcək III “Böyük Çöl” Humanitar Forumunun bir paneli bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinə həsr ediləcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən və Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransındakı fəaliyyətini əks etdirən “Əbədi ezamiyyət” sənədli filminin də Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə subtitrlə tərcüməsi və 28 May - Respublika günü ərəfəsində Qazaxıstan televiziya kanallarında yayımlanması nəzərdə tutulur.

Bundan başqa, türk dünyasının böyük dövlət xadimi Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Türk dünyası” kitabı da may ayınadək qazax oxucuların ixtiyarına veriləcək. Yeni kitabda H. Əliyevin həyat və fəaliyyəti, onun türkdilli dövlətlərə səfərləri, iki və çoxtərəfli formatda görüşləri yer alır, habelə onun türk xalqlarının ortaq dəyərləri ilə bağlı qiymətli fikir və çıxışları, türkdilli dövlətləri əhatə edən təşkilatların formalaşdırılması və türk xalqlarının inteqrasiyasına töhfəsi kimi mövzular əksini tapır. Layihə H. Əliyevin yubiley tədbirləri çərçivəsində Bakıda və Astanada təqdim olunacaq.

TWESCO-nun həyata keçirdiyi digər bir layihə “Azərbaycan ədəbiyyatı antologiyası”dır. Layihədə 20-dək azərbaycanlı şair və yazıçının qazaxcaya tərcümə olunmuş əsərləri yer alır. Akademiya rəhbərinin sözlərinə görə, türk dünyası ədəbiyyatı antologiyası seriyasından ilk olaraq “Azərbaycan ədəbiyyatı antologiyası”nı çap ediləcək. Kitabda Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Vaqif, Mirzə Fətəli Axundov, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Mir Cəlal Paşayev, Məmməd Araz və digər ədiblərin seçilmiş əsərləri yer alır.

Eyni zamanda bu il böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90, tanınmış qazax şairi Mağjan Jumabayın 125, cədidçilik cərəyanının banilərindən biri Şəhabəttin Mərcaninin 200 illik yubileylərini, nüfuzlu rusiyalı türkoloq Vilhelm Radlofun ölümünün 100-cü ildönümünü nəzərə alaraq, 2018-ci il Akademiya tərəfindən “Mağcan, Mərcani və Radlof ili” olaraq qeyd olunacaq, onlarla bağlı silsilə tədbirlər həyata keçiriləcək.

Bununla bərabər, Beynəlxalq Türk Akademiyası tərəfindən dünya elmi və mədəniyyətinə töhfə vermiş nüfuzlu türk alimlərinin yer alacağı “100 böyük türk” layihəsi üzərində də iş aparılır.

TWESCO-nun rəhbərliyi altında 26 ölkədən 130 tədqiqatçının iştirakı ilə hazırlanan “Təhlükədəki Türk dilləri” dördcildliyi isə bu ilin 30 aprel tarixində UNESCO-nun Parisdəki mərkəzində təqdim olunacaq.

# 1712 dəfə oxunub

Oxşar xəbərlər

"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

"Kruq ədəbiyyatı" - “Estetik inqilab” ocağı yoxsa, haqsız rəqabət mühiti?

12:00 4 oktyabr 2025
Baş katib:  "Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır" - Müsahibə

Baş katib: "Ortaq türk əlifbası milli əlifbaları əvəz etmək niyyəti daşımır" - Müsahibə

16:08 3 oktyabr 2025
Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

Dövrün "sifariş"i olan yazılar... - İlyas Əfəndiyev haqqında

13:00 3 oktyabr 2025
"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

"Bunun bir səbəbi var: qadın yazıçıları görməzdən gəlmək" - Qalmaqallı kitaba ETİRAZ

11:47 3 oktyabr 2025
"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

10:00 3 oktyabr 2025
Tanınmış tarzənin yubileyi qeyd olunub

Tanınmış tarzənin yubileyi qeyd olunub

11:13 2 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər