Markesdən sitatlar: Sevdiyini burax getsin...

Markesdən sitatlar: Sevdiyini burax getsin...
23 aprel 2014
# 11:55

Kulis.Az Yaşarın tərcüməsində Qabriel Qarsiya Markesin aforizm və sitatlarını təqdim edir.

İlham pərisi yazıçının yanına yalnız yazı prosesi zamanı gəlir.

***

Amma günlərin bir günü

Məni səsləyəndə…

Hay verməsəm,

Xahiş edirəm, yanıma tələs!

Çünki bu, mənim sənə ən çox ehtiyac duyduğum andı.

Nə vaxtsa, ağlamaq istəsən,

Məni səslə…

Demirəm ki, səni güldürəcəm.

Amma sənə qoşulub ağlamağa söz verirəm.

Nə vaxtsa, qaçıb getmək istəsən,

Məni səslə…

Demirəm ki, burda qalmağınçün yalvaracam…

Amma sənə qoşulub qaçmağa söz verirəm.

Və əgər nə vaxtsa heç kimi eşitmək istəməsən,

Məni səslə…

Söz verirəm ki, sənin xətrinə gələcəm.

Və səssizcə gəlib qarşında diz çökəcəm.

***

Hələ bu vaxtacan özünü az da olsa tənha hiss etməyən insana rast gəlməmişəm.

***

Əgər hansısa işdə qadın əli varsa, bilirəm ki, bunun axırı yaxşı olacaq. Mən tamamilə əminəm ki, dünyanı idarə edən qadınlardı.

***

ABŞ Latın Amerikasına böyük sərmayələr qoyur, amma bizim bir qəpik belə xərcləmədən etdiyimiz onlara müyəssər olmayıb. Biz onların dilini, musiqisini, yeməyini, məhəbbətini, düşüncə tərzini dəyişmişik. Onların göstərmək istədikləri təsiri biz onlara göstəririk.

***

Çox da özünü öldürmə… Ən yaxşı şeylər təsadüfən olur.

***

Sənə dərd gətirəcək insan həmişə var və olacaq. Amma gərək insanlara inamından dönməyəsən, sadəcə, azca ehtiyatlı olasan.

***

Vaxtını səninlə bölüşməyə can atmayan insana vaxtını sərf etmə.

***

Ola bilsin, bu dünya üçün sən yalnız adicə bir insansan. Amma hansısa bir insan üçün bütöv bir dünyasan.

***

Hətta kefin olmayanda belə gülümsə: kimsə sənin təbəssümünə vurula bilər.

***

Əsl dost sənin əlindən tutanda ürəyinin səsini eşidə bilən insandı.

***

Mən səni sənə görə yox, sənin yanında olan özümə görə sevirəm.

***

Bir insan da sənin göz yaşlarına layiq deyil. Layiq olanlar, heç vaxt səni ağlatmazlar.

***

Sevdiyini burax getsin. Əgər o, sənindisə, qayıdacaq.

***

İnsan üçün darıxmağın ən ağırı onunla birlikdə olub, heç vaxt onunla bir olmayacağını anlamaqdı.

http://xezerjurnali.blogspot.com

Tərcümə edən: Yaşar

# 4186 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər