Elza Kərimova haqqında yazılanları təkzib edir

Elza Kərimova haqqında yazılanları təkzib edir
17 iyul 2013
# 12:40

Yazıçı Şərif Ağayarın bu gün Kulis.Az saytında yayımlanmış “Əli Kərimin öldürüldüyü yer” yazısına mərhum şair Əli Kərimin həyat yoldaşı Elza Kərimovadan etiraz gəlib. Bununla bağlı Kulis.Az Elza xanımdan qısa müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

- Şərif Ağayarın yazısı ilə bağlı konkret nədən narazısınız?

- Konkret ondan narazıyam ki, o adam kimdirsə başından böyük danışır, mən onu məhkəməyə verəcəyəm. Əli 44 ildir rəhmətə gedib. O yazını yazan Əliylə oturmayıb, Əlini tanımır. Tanıdığınız, inandığınız bütün yazıçılardan soruşun görün Əli Kərimin qayınanası, qayınatası, arvadı necə adamdırlar? Onlar Əlini necə qoruyub? Əlinin ailəsinə necə baxıblar?

- Əli Kərim çox içmirdi?

- Yox, Əli içirdi. Çox içirdi. Amma biz Əlini qorumuşuq. Başa düşürsünüzmü məni?

- Deyirsiniz ki, Əli Kərimə şər atırlar?

- Bir daha xahiş edirəm sizdən Əlinin yaşıdı olan yazıçılardan, şairlərdən soruşun ki, Əlinin arvadı, qayınatası, qayınanası Əliyə, onun balalarına necə baxıblar? Arvadı necə tərbiyədə olub? Əli öləndən sonra nə edib onun arvadı?

- Şərif Ağayar yazıb ki, siqaretin külünü arağın içinə qatıb içirdi. Belə bir şey olmayıb?

- Əli papiros çəkməyib. Mənim 75 yaşım var, niyə mənə inanmaq istəmirsiniz?

- Siz xatirələrinizdə yazmısınız ki, Əli Kərim əsasən çaxır içirdi.

- Bəli, çaxır çox içirdi. Mən Əliyə görə dünya ədəbiyyatını oxumuşam. Mən Əlini qıraqdan müşahidə edən biri kimi yaşananları yazdım ki, qoy bilsinlər ki, Əli Kərim kim olub. Yazdım ki, bəli, Əli içirdi. Bunu dost da bilir, düşmən də. Əlinin ailəsinin yükünü onun qayınatası çəkib. Bunu heç kəsə deməmişdim, indi sizə deyirəm.

- Məqalədə Əli Kərimi Rəsul Rza ilə danışandan sonra “öldürdüldüyü” deyilir...

- Rəsul Rza Əliyə qardaş kimi də yox, oğul kimi baxırdı. Azərbaycan ədəbiyyatında Əli Kərimi Rəsul Rza kimi sevən adam olmayıb. Rəsul Rza öldürdü Əlini? Utanmırlar? Mən hər il gedirəm Rəsul Rzanın məzarını ziyarət etməyə. Bu il də ayaqlarım tutulmuşdu, sürünə-sürünə getdim. Çünki Rəsul Rza kimi Əli Kərimi qiymətləndirən ikinci adam olmayıb. Əli öləndən sonra onun iki cildliyi çıxmışdı, Rəsul olmasa buraxılmırdı. Rəsul elədi.

- Kitabda ev probleminə toxunmusunuz. Adını çəkmədiyiniz yazıçının sizə verilməli olan evə yiyə durduğunu yazmısınız. Həmin yazıçı kim idi?

- Deməli Altay Məmmədov kooperativ binadan, dəniz qırağınan ev almışdı. O Əlinin qardaşı, dostu idi. Altaya dedilər ki, sən gəncəlisən, Bakıda olmaz, evdən çıx. O da gəldi mənə dedi ki, pulunu vermişəm, get, evi al. Bilirdi ki, biz kasıbıq. Gəldim Yazıçılar İttifaqına. Mirzə İbrahimov məni qəbul eləmədi. Novruz Gəncəli məni qəbul elədi. Dedi Əli ölüb, uçotu da yoxdur. Deməli, Mirzə İbrahimov həmin mənzilin yerləşdiyi bütün mərtəbəni qızına aldı. Mirzə İbrahimov mənə ev vermədi. Ondan sonra tüpürdüm, dedim, getmirəm Yazıçılar İttifaqına. Anar katib olandan sonra getdim ora. Sonda onu demək istəyirəm ki, o Əlidən yazan kişi kimdirsə bilsin ki, Elza aciz adam deyil. Əli öləndən sonra o qədər mübarizə aparmışam ki, bərkimişəm. Getsin öz dərdini çəksin. Əli Kərimin adını çəkib özünə onun yanına qoymasın. Onu məhkəməyə verəcəyəm.

# 3527 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatın xilası yalnız yazıçıların deyil, həm də...

Ədəbiyyatın xilası yalnız yazıçıların deyil, həm də...

09:34 23 iyun 2025
Nizami Cəfərovun azərbaycanşünaslığı - Rahid Ulusel

Nizami Cəfərovun azərbaycanşünaslığı - Rahid Ulusel

12:00 22 iyun 2025
Bədii mətnin sirlərini açan mətnlər

Bədii mətnin sirlərini açan mətnlər

10:00 22 iyun 2025
"Bugünkü televiziya proqramları bu əsərlərdən daha pornoqrafikdir" - Qismət

"Bugünkü televiziya proqramları bu əsərlərdən daha pornoqrafikdir" - Qismət

09:00 21 iyun 2025
Həccə getməzdən əvvəl bu kitabı oxuyun! - Allahı sevməyin 56-cı dərəcəsi

Həccə getməzdən əvvəl bu kitabı oxuyun! - Allahı sevməyin 56-cı dərəcəsi

14:20 20 iyun 2025
Əgər evliliyə inanırsansa, bu roman səni sarsıdacaq!

Əgər evliliyə inanırsansa, bu roman səni sarsıdacaq!

12:26 19 iyun 2025
# # #